Mədəniyyət Nazirliyində İşçi qrupu yaradılıb

Mədəniyyət Nazirliyində İşçi qrupu yaradılıb
22 dekabr 2023
# 12:20

Mədəniyyət Nazirliyi Kollegiyasının müvafiq Qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “e-Culture” Rəqəmsal İnkişaf Strategiyası (2024-2026-cı illər) təsdiq edilib.

Kulis.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, müasir dövrdə rəqəmsal texnologiyaların ölkəmizin sosial-iqtisadi sisteminin bütün sahələrinə və insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edərək, ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilməsi, mədəniyyətin də rəqəmsallaşmasını səciyyələndirir.

Bu xüsusda, Mədəniyyət Nazirliyinin çoxşaxəli fəaliyyət istiqamətləri, bütün ölkə ərazisini əhatə edən tənzimləmə subyektləri və geniş klaster şəbəkəsi (teatr, kitabxana, muzey, qoruq, yaradıcı sənayelər, audiovizual, ifa sənətləri, maddi və qeyri-maddi mədəni irs, mədəniyyət təhsil müəssisələri və s.) böyük həcmli məlumat istehsalı ilə müşayiət olunur və bu sahədə idarəetmənin data əsaslı rəqəmsal idarəetmə modelinin tətbiqi ilə həyata keçirilməsini şərtləndirir.

Rəqəmsal idarəetmə sahəsində fəaliyyətin təşkilinin və əlaqələndirmənin həyata keçirilməsinin xüsusi əhəmiyyətini nəzərə alaraq, Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə Mədəniyyət Nazirliyində rəqəmsal idarəetmənin təkmilləşdirilməsi üzrə İşçi qrupu yaradılıb.

İşçi qrupu tərəfindən mədəniyyət sektorunda təhlillər aparılmış, mədəniyyətin rəqəmsallaşdırılması istiqamətində yerli və beynəlxalq təcrübə öyrənilmiş, mövcud vəziyyətin və beynəlxalq təcrübənin təhlili ilə məqsədlər, prioritet istiqamətlər, sahə üzrə əsas klasterlər və hər bir klaster üzrə müvafiq modullar müəyyənləşdirilmişdir. Klasterlər və modulların alqoritmik kəsişdirilməsi ilə “e-Culture” matrisi” formalaşdırılıb.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli 1294 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na uyğun olaraq, Mədəniyyət Nazirliyində rəqəmsal idarəetmənin təkmilləşdirilməsi üzrə İşçi qrupu tərəfindən “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyası” (2024 - 2026-cı illər) hazırlanmış və təsdiq edilib.

“e-Culture” strategiyasının Tədbirlər Planında qarşıdakı 3 ildə mədəniyyət sahəsinin rəqəmsallaşdırılması, data əsaslı rəqəmsal idarəetmə modelinin və vahid inzibatlaşma siyasətinin tətbiqi, informasiya sistemlərinin və ehtiyatlarının təkmilləşdirilməsi, xidmətlərin yenidən layihələndirilməsi və elektronlaşdırılması, inteqrasiya imkanlarının genişləndirilməsi üzrə 10 prioritet istiqamətdə 100-dən çox tədbirin həyata keçirilməsi nəzərdə tutulur.

# 1666 dəfə oxunub

Oxşar xəbərlər

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
Xaqani Şirvaniyə həsr olunan elektron məlumat bazası hazırlandı

Xaqani Şirvaniyə həsr olunan elektron məlumat bazası hazırlandı

13:43 22 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər