Mədəniyyət Nazirliyi yeni layihəyə başlayır

Mədəniyyət Nazirliyi yeni layihəyə başlayır
7 may 2022
# 15:30

Mədəniyyət Nazirliyi "Mədəni gənclik" adlı yeni layihəyə başlayır.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin Bakı Dövlət Universitetində (BDU) tələbələrlə görüşüb. Layihənin məqsədi gənclərin incəsənətə marağının artırılması və ölkənin mədəni həyatında yaxından iştirakına şərait yaradılmasıdır.

Layihə haqqında məlumat verən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev vurğulayıb ki, mədəniyyətin yaşadılması, nəsildən-nəslə ötürülməsi üçün gənclərin mədəni proseslərdə iştirakı müstəsna əhəmiyyət daşıyır. Azərbaycanda mədəniyyət məhsulu və xidmətlərinin gənclər üçün daha cəlbedici olması, gənclərin mədəni tədbirlərdə iştiraka təşviq edilməsi cəmiyyətin inkişafı üçün çox vacibdir. Gənc nəsli ölkədəki mədəni proseslərdə iştiraka stimullaşdırmaq onlarda incəsənəti duymaq, qiymətləndirmək, sevmək və bədii dəyərlər yaratmaq qabiliyyətini formalaşdırır. Təhsilin mədəni ölçüsünün yaradılması, mədəni tədbirlərdə iştirak edəcək bilikli auditoriyanın formalaşdırılması baxımından bu layihə çox önəmlidir.

Elnur Əliyev diqqətə çatdırıb ki, layihəyə könüllü olaraq 300 nəfər tələbə qatıla bilər. İki ay davam edəcək layihə çərçivəsində tələbələr 5 mədəniyyət ocağında – Azərbaycan Dövlət Akademik Milli Dram, Opera və Balet, Musiqili, Rus Dram teatrlarında və Azərbaycan Dövlət Akademik Filarmoniyasında tamaşa və konsertlərə güzəştli şərtlərlə baxmaq imkanı əldə edəcək. Həmçinin məşhur mədəniyyət xadimləri ilə görüşlərin keçirilməsi planlaşdırılır.

BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru Əliş Ağamirzəyev qeyd edib ki, təhsil müəssisələrinin vəzifəsi ixtisaslı kadrlarla bərabər, Vətənimizə layiqli övladlar yetişdirməkdir.

# 3121 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər