Mədəniyyət naziri Quba-Xaçmaz regionu üzrə müşavirə keçirdi

Mədəniyyət naziri Quba-Xaçmaz regionu üzrə  müşavirə keçirdi
28 oktyabr 2023
# 16:50

Oktyabrın 28-də Xaçmaz rayon Heydər Əliyev Mərkəzində mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi (RMİ) üzrə mədəniyyət sahəsinin vəziyyətinə həsr olunan müşavirə keçirilib.

Kulis.az APA-ya istinadən xbər verir ki, müşavirədə nazirliyin məsul nümayəndələri, regional idarənin tabeliyindəki mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.

Açılış nitqi söyləyən mədəniyyət naziri Adil Kərimli müşavirə iştirakçılarını salamlayıb. Qeyd edib ki, bu gün birincisi keçirilən regional müşavirə bundan sonra digər regional idarələri əhatə edəcək. Müşavirənin keçirilməsində məqsəd regionlarda mədəniyyət sahəsində olan problemləri dinləmək, onların həlli yollarını tapmaqdır: “İstərdik ki, cənab Prezident İlham Əliyevin Mədəniyyət Nazirliyinin qarşısında qoyduğu əsas vəzifələrə və öhdəliklərə uyğun olaraq ümumi strateji istiqamətləri hər biriniz biləsiniz. Məqsəd həm də fəaliyyətimizi bu istiqamətdə vahid komanda şəklində təşkil etməkdən ibarətdir".

Nazirliyin il ərzində keçirdiyi layihələr haqqında məlumat verən Adil Kərimli milli-mənəvi dəyərlərə münasibət, kadr potensialı və digər məsələlər üzrə çatışmazlıqlara toxunub, mövcud problemlərin həlli ilə bağlı fikirlərini bildirib.

Sonra nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri çıxış edərək həyata keçirilən işlər və qarşıda duran məsələlər haqqında məlumat veriblər. Eyni zamanda regionda çalışan mədəniyyət işçilərinin fikir və təklifləri dinlənilib, qaldırılan məsələlərlə bağlı müzakirələr aparılıb.
Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya, işlə təmin olunmalarında xüsusi münasibətə görə, mədəniyyət işçiləri isə yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Müşavirəyə yekun vuran nazir qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlarını verib.

# 1795 dəfə oxunub

Oxşar xəbərlər

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

16:27 6 noyabr 2026
“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

15:58 6 noyabr 2026
Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
"Xoşbəxtlik qaçmaqda deyil, dayanmaqdadır" – Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatından reportaj

"Xoşbəxtlik qaçmaqda deyil, dayanmaqdadır" – Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatından reportaj

14:41 6 noyabr 2026
Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi təşkil edildi

Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi təşkil edildi

14:39 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər