Mədəniyyət naziri Lənkərandakı Dairəvi qalaya baxış keçirdi

Mədəniyyət naziri Lənkərandakı Dairəvi qalaya baxış keçirdi
14 iyul 2023
# 17:21

Mədəniyyət naziri Adil Kərimli iyulun 14-də Lənkəran şəhərindəki Mədəniyyət Mərkəzində vətəndaşları qəbul edib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, qəbuldan sonra Adil Kərimli Lənkəran şəhərində yerləşən Dairəvi qalaya (Zindan qala) baxış keçirib. Nazir qalada aparılan təmir-bərpa işləri ilə tanış olub, müvafiq tapşırıq və göstərişlərini verib.

Qeyd edək ki, qalanın dam örtüyünün çökməsi ilə əlaqədar abidə qəzalı vəziyyətə düşüb. Qala sonuncu dəfə 2008-ci ildə bərpa olunub. Lakin sonradan tarixi abidənin damında yaranmış problem tikiliyə ciddi ziyan vurub.

Hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən abidənin bərpası istiqamətində işlərə başlanılıb. Qalanın ətrafında və içərisində təmizlik, abadlıq işləri görülür, eyni zamanda abidənin mühafizəsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Abidəni təbii aşınmadan qorumaq üçün müvəqqəti dam örtüyü quraşdırılmışdır.

Məlumat üçün bildirək ki, XVIII əsrin ikinci yarısına aid Dairəvi qala Lənkəran qala sisteminin cənub tərəfdən dayaq məntəqəsi olub. XIX əsrin əvvəlində bölgə rus qoşunları tərəfindən işğal olunduqdan sonra tikili həbsxana kimi istifadə edilib. Abidənin hündürlüyü 20 metr, diametri 72 metr, istinad divarlarının qalınlığı aşağı ətrafda 2,8 metr, yuxarıda isə 1,5 metrdir.

Qala Nazirlər Kabinetinin 2001-ci il 2 avqust qərarı ilə yerli əhəmiyyətli tarixi abidə hesab olunur və dövlət tərəfindən mühafizə edilir.

# 2053 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər