Əlyazma kitab müsabiqəsinə start verilib

Əlyazma kitab müsabiqəsinə start verilib
30 iyun 2021
# 18:56

Vətən müharibəsində qələbəmizin əbədiləşdirilməsinin tarixi əhəmiyyətini nəzərə alaraq F. Köçərli adına Respublika Uşaq Kitabxanası 8 noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfər tarixində şanlı səhifələr” adlı 12-17 yaşlı yeniyetmələr arasında ümumrespublika əlyazma kitab müsabiqəsi elan edib.

Kulis.az xəbər verir ki, kitabxanadan verilən məlumata görə, müsabiqənin təşkilində əsas məqsəd yeniyetmələrdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərə milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hisslərin aşılanması, Vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsini əbədiləşdirilməklə onlar haqda məlumat bazası formalaşdırmaq işinə töhfə vermək, gənc nəslin tərbiyə olunmasında bu şəxslərin həyatını örnək götürməkdən ibarətdir. Müsabiqə həmçinin yeniyetmə yazarları yaşıdları arasında tanıtmaq, onları ruhlandırmaq, qələmə aldıqları hekayələri kitab halına salmaq baxımından xüsusi ilə əhəmiyyətlidir. Digər tərəfdən yeniyetmələrin qələmə aldıqları hekayələr öz yaşıdları tərəfindən daha səmimi qarşılanacaq və gələcəkdə bu cür hekayələrin yazılmasına daha böyük maraq göstəriləcək.

Müsabiqənin şərtlərinə əsasən yeniyetmə yazarlar Vətən müharibəsi iştirakçısı olmuş qəhrəman döyüşçülərin (şəhid və qazilərin) döyüş yolu haqqında faktları nəzərə almalıdırlar. “Zəfər tarixindən şanlı səhifələr” adlı ümumrespublika əlyazma kitab müsabiqəsi iyulun 1-dən oktyabrın 1-dək keçiriləcək.

Müsabiqənin şərtlərinə əsasən Qarabağ uğrunda gedən müharibədə iştirak edən qəhrəmanlarımız haqqında hekayələr 3 hissədən ibarət olmalı, hekayədə qəhrəmanlar haqqında tarix və şəkillər düzgün seçilməli, yazılmış hekayədə fikirlər aydın və səlis ifadə edilməli, kitabın həcmi 15 səhifədən çox olmamalıdır.

Müsabiqədə iştirak etmək istəyənlər oktyabrın 1-dək əlyazma kitabları kitabxananın Kütləvi işlər şöbəsinə təhvil verməlidirlər.

İştirakçılar hekayə ilə yanaşı özləri haqqında ətraflı məlumat təqdim etməlidirlər.

Qeyd edək ki, müsabiqə çərçivəsində əlyazma kitabların sərgisi təşkil olunacaq.

# 2593 dəfə oxunub

Oxşar xəbərlər

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

18:45 4 noyabr 2025
Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

17:00 4 noyabr 2025
Mikayıl Müşfiqin hüquqi varisi:  "Qanun qarşısında cavab verəcəklər..."

Mikayıl Müşfiqin hüquqi varisi: "Qanun qarşısında cavab verəcəklər..."

16:55 4 noyabr 2025
Nizami Cəfərov:  "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

Nizami Cəfərov: "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

16:05 4 noyabr 2025
“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

15:47 4 noyabr 2025
Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

14:59 4 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər