Kütləviləşən səviyyəsizlikdən çıxış yolu - Rəşad Məcid

Kütləviləşən səviyyəsizlikdən çıxış yolu - Rəşad Məcid
1 iyul 2023
# 14:13

Kulis.az Rəşad Məcidin “Rəybərəy” sənət kanalı haqda yazısını təqdim edir.

Bayram tətili günlərində, adətən, həm gündəlik işlərdən macal olur, həm də beyində, az da olsa, bir rahatlıq yaranır. Bu da çoxdan planlaşdırılan kitabları oxumağa, diqqət çəkən verilişlərə baxmağa imkan verir. Bu dəfə də belə oldu.

Haqqında öncədən yayılan anonslardan Yutubdakı “Rəybərəy” kanalının uğurlu layihə olacağını təxmin etmişdim. Amma bir qədər əvvəl Qismətin həmin kanalda Ceyms Coysla bağlı söhbətini dinlədim və doğrusu, həm təxminimdə yanılmadığım üçün məmnun oldum, həm də kanalda sərgilənən yüksək zövqə, peşəkarlığa görə çox sevindim.

“Rəybərəy” kanalını, orada yayımlanan dəyərli verilişləri son zamanlar bu sahədə baş alıb gedən zövqsüzlüyə qarşı çarələrdən biri kimi görürəm. Belə maraqlı, sanballı və gərəkli layihələr düşük şou meyllərinin, get-gedə kütləviləşən səviyyəsizliyin yaratdığı dərin məyusluqdan çıxış yoludur.

Məncə, ədəbiyyata, sənətə “Rəybərəy”də olduğu kimi ciddi, peşəkar münasibət indi hər zamankından daha vacibdir. Çünki belə münasibət bu sahəyə ötəri əyləncə, asanlıqla məşhurlaşmaq meydanı kimi baxanları, xüsusən də qrafomanları, istedadsız, biliksiz həvəskarları qorxudub çəkindirəcək gücdədir.

“Rəybərəy”də, konkret olaraq, Qismətin timsalında üstün səviyyənin, bilgi dərinliyinin bütün dayazlıqlara, yüngüllüklərə meydan oxuduğuna böyük məmnunluqla şahid oldum və bundan qürur duydum.

Qismət bu proqramda özünəməxsus təmkin və rahatlıqla danışır, mövzuya dair bilgi və düşüncələrini səxavətlə, həvəslə paylaşır. Dünya ədəbiyyatının nəhəng simalarından olan Ceyms Coysun yaradıcılığının, xüsusən "Uliss" əsərinin təqdimatını və şərhini Azərbaycan oxucusuna, ədəbiyyatsevərlərə professionallıqla çatdırır.

Düşünürəm ki, “Rəybərəy”çilərin ortaya qoyduqları yüksək səviyyəli iş bizə başucalığı gətirir və buna görə də çox sağ olsunlar!

“Rəybərəy”in yaradıcı heyətini və şəxsən Qisməti ürəkdən təbrik edir, onlara dərin təşəkkürümü bildirirəm. Yeni uğurlar!

"Rəybərəy" kanalına keçid üçün: https://youtube.com/@Reyberey

# 2255 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər