Köhnə sevgilərin dağıntıları altında... – Qonca Özmenin şeiri

Qonca Özmen, şair

Qonca Özmen, şair

30 may 2022
# 11:20

Kulis.az Rəvan Cavidin tərcüməsində çağdaş türk poeziyasının məşhur imzası Qonca Özmenin “Sevgi qürubu” şeirini təqdim edir.

Ötürdüm üzünü sakitcə
Arxasında dağlar, küləklər
Canavar izlərində
Ulayan zəmhərilər.

İndi get, üzünün inkarı olan yerlərə!

İndi zaman ölür
Köhnə sevgilərin dağıntıları altında!
Sənin üzün ağlımda dərin bir qılınc izi.
Kor əqrəbin mötərizəsi kimi daralır.
Sənə qayıtmağım
sonsuz bir illüziyadır,
Bəs indi kimin sahilində dayanım?
Mən bir rəngin xəfifcə dağılması kimiyəm.

Unutma, sevginin qürubları qırmızı olur.

İnsan özü kimi köhnəlir,
Zaman isə tez-tez yuyulan alt paltarıtək.
Zaman, əlvidasız bir gedişin ağrısı kimi.
Siqaretin səssiz bitməsi dumanlıdır
Və o, gizli sevgilər üçün sığınacaqdır,
mirvari qabıqları kimi

Geri gəl, daha bu həsrət olmasın.

# 2578 dəfə oxunub

Oxşar xəbərlər

Nadir sənət əsərləri hərraca çıxarılacaq

Nadir sənət əsərləri hərraca çıxarılacaq

16:00 18 sentyabr 2026
Sazdan kamançaya: Milli musiqi alətləri TikTokda

Sazdan kamançaya: Milli musiqi alətləri TikTokda

15:45 18 sentyabr 2026
Şuşada Milli Musiqi Günü qeyd edildi

Şuşada Milli Musiqi Günü qeyd edildi

15:43 18 sentyabr 2026
Britaniyanın “Avroviziya”dakı uğursuzluğu araşdırılacaq

Britaniyanın “Avroviziya”dakı uğursuzluğu araşdırılacaq

15:30 18 sentyabr 2026
Elon Mask haqqında çəkilən film nümayiş olunacaq

Elon Mask haqqında çəkilən film nümayiş olunacaq

14:30 18 sentyabr 2026
"Süni intellektin bəstəkarların işini əlindən alması qeyri-mümkündür" - Milli Musiqi Günü ilə bağlı sorğu

"Süni intellektin bəstəkarların işini əlindən alması qeyri-mümkündür" - Milli Musiqi Günü ilə bağlı sorğu

13:45 18 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər