“Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabının müzakirəsi keçiriləcək

“Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabının müzakirəsi keçiriləcək
9 yanvar 2023
# 15:20

Yanvarın 13-də saat 12:00-da M.F.Axundov adına Milli Kitabxanada Xalq yazıçısı, akademik Kamal Abdullanın və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin “525-ci qəzet” tərəfindən nəşr edilən “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” adlı kitabın təqdimat-müzakirəsi keçiriləcək.

Kulis.az xəbər verir ki, yeni nəşrin redaktorları akademik Muxtar İmanov və Almaniyada yaşayan həmyerlimiz, professor Maqsud Əfəndiyev, rəyçiləri Xalq şairi Ramiz Rövşən və professor Fəxrəddin Sadıkoğlu, nəşriyyat redaktorları Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və tərcüməçi Seyfəddin Hüseynlidir.

Qeyd edək ki, kitabın “Ön söz”ündə qeyd olunan kimi qeyri-səlis düşüncə tərzi qeyri-səlis məntiq adlı elmi istiqamətdə birləşmiş və əslində, ona qədər şüurumuzu idarə edən Aristotel formal məntiqinə qarşılıq kimi yaranmışdır. Bu məntiq kateqoriallıqdan uzaq, insana, onun dünyanı obyektiv şəkildə dərk və qəbul etmə prinsiplərinə yaxın bir düşüncə tərzidir. Qeyri-səlis məntiqin ilk dəfə “Kitabi-Dədə Qorqud” dastanına tətbiqi filoloji düşüncəmizin inkişafı üçün yeni perspektivlər açır.

Təqdimat-müzakirədə iştirak sərbəstdir.

# 3012 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
Süni intellekt aktrisası "nasazladı"

Süni intellekt aktrisası "nasazladı"

16:00 21 sentyabr 2026
Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

15:30 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər