31 iyul görkəmli fransız yazıçı, jurnalist və pilot Antuan de Sent -Ekzüperinin anım günüdür.
Kulis.az yazıçı haqqında az bilinən maraqlı faktları təqdim edir.
Məşhur “Balaca şahzadə” əsərinin müəllifi Antuan de Sent - Ekzüperi, bu əsəri yazmazdan əvvəl pilot və səyyah kimi tanınırdı.
Antuan de Sent - Ekzüperi 29 iyun 1900-cü ildə Fransanın Lion şəhərində aristokrat ailəsində dünyaya gəlib.
Məktəbdə uğur qazanmayan Ekzüperi təyyarələrlə 12 yaşında tanış olmuşdu. Liseyi bitirdikdən sonra pilot olmaq istəsə də, anasını incitməmək üçün dənizçilik məktəbinə daxil olub.
19 yaşında isə Beaux-Arts İncəsənət Məktəbində memarlıq təhsili almağa başlayıb.
21 yaşında orduya çağırılıb və təhsilini yarımçıq buraxaraq Fransız Hərbi Hava Qüvvələrində texnik olaraq xidmətə başlayıb. Strasburqda pilot hazırlığı keçib.
Ekzüperinin şəxsi həyatından bir çox detalın “Balaca şahzadə” əsərində əks olunduğu düşünülür.
1926-cı il yazarı üçün dönüş nöqtəsi olub. Yenidən uçmağa başlayan Sent - Ekzüperi, Toulous və Dakar arasında poçt daşıyan təyyarənin pilotu olub və ilk kitabı “Cənub poçtu”nu yazıb. Bu kitabda uçuş təcrübələrindən bəhs edir.
İkinci Dünya Müharibəsi başlayanda, Fransa Almaniya tərəfindən işğal edildiyi dövrdə, komandirləri onun sağlamlıq vəziyyətinin müharibəyə uyğun olmadığını desə də, o, həvəslə orduya yazılıb. Uçuş qəzaları səbəbindən ciddi sağlamlıq problemləri vardı.
Paris-Dakar arasında uçuş rekordunu qırmaq istəyərkən Ekzüperinin təyyarəsi səhraya düşüb. O, səhrada itkin düşdüyü dövrdən yazarkən şəxsi təcrübələrindən faydalanıb.Yazıçı həmin vaxt səhranın sehrinə qapıldığını, oradakı yalnızlıq və boşluğun həyatının ən xoş dövrü olduğunu deyib.
Bu hadisə yazarı pilotluqdan bir müddət uzaqlaşdırsa da, daha sonra jurnalist kimi fəaliyyət göstərərək Nyu-Yorka uçuş təşkil edib. Burada da ciddi qəza keçirib, aylarla sağalması lazım gəlib.
1931-ci ildə gecə uçuşları zamanı yaşadığı qorxu və həyəcanı əks etdirən “Gecə uçuşları” kitabını nəşr etdirdi.
Ardınca işlədiyi şirkətin Argentina bölməsinin rəhbəri oldu. Bu əsər onun Argentina həyatını təsvir edir.
“Gecə uçuşları” kitabı Femina mükafatını qazandı və ön sözünü məşhur yazıçı Andre Jid yazdı.
Sent - Ekzüperinin həyat yoldaşı Konsuelo, kitabdakı “Gül” obrazının ilham mənbəyi sayılır.
Onlar həyatlarının çox hissəsini ayrı keçirsələr də, Konsuelo həmişə yazıçıya ilham verib.
Fransa işğal ediləndən sonra Ekzüperi ABŞ-a köçdü və ən məşhur əsəri “Balaca şahzadə”ni burada yazdı.
Burada həmçinin “Dünya və İnsanlar” və “Savaş pilotu” kitabları da maraqla qarşılandı.
Sent -Ekzüperi "Balaca şahzadə"nin bütün akvarel rəsmlərinin müəllifidir. Əsərin əsas qəhrəmanlardan olan pilot, yəni müəllifin özü, heç bir rəsmdə görünmür. Kitab 1943-cü ildə ABŞ-da həm ingilis, həm də fransız dilində nəşr olunsa da, Ekzüperi əsərinin Fransada çap edildiyini görə bilmədi.
Bu məşhur əsər dünya üzrə 250-dən artıq dil və dialektdə oxuculara çatdırılıb. Hazırkı qısa versiyadan əvvəl əsərin həcmi təxminən 1000 səhifə idi.
İkinci Dünya Müharibəsi zamanı, 31 iyul 1944-cü ildə Akdeniz üzərində aparılan müşahidə uçuşu zamanı təyyarəsi vurulub və o, itkin düşüb. Onun təyyarəsini vurduğunu 65 il sonra alman pilotu Hors Rippert etiraf edib. Rippert “İçində kim olduğunu bilsəydim, atəş açmazdım” deyib.