"Kənan MM-in ağız boşluğunda yuva salmış bu üfunət bir az da..." - Babək Məmmədli

"Kənan MM-in ağız boşluğunda yuva salmış bu üfunət bir az da..." - Babək Məmmədli
19 fevral 2026
# 16:24

Rejissor Kənan Mahmudov sosial şəbəkə hesabında yazıçı Orxan Saffarinin ünvanına təhqiramiz ifadələr işlədib.

Buna səbəb Orxan Saffarinin onun haqqında yazdığı tənqidi yazı olub.

Bundan sonra yazıçı Kənan MM-in təhqirləri haqqında açıqlama yayıb.

Rejissor da mətbuata açıqlamasında dünəndən səhhətinin pisləşdiyini, üstünə təcili yardım gəldiyini deyib.

Hadisə sosial mediada müzakirələrə səbəb olub.

Kulis.az Babək Məmmədlinin hadisəyə münasibətini təqdim edir.


Orxan Saffarinin adına "tənqid" dediyi mətnlərindəki ritorikanı bəyənmirəm. Profanlığı mizahlarının ilk abzasındaca özünü ələ verir. Orxan tükü-tükdən ayırmağın fəlsəfəsini bilmir. Keçməli olduğu bu ibtidai mərhələni aşa bilməyib. Sənət-sənətkar münasibətlərində xeyli naşıdır. Məsələn, aktyorlar Telman Adıgözəlovla Arif Quliyevin, Vidadi Həsənovla Kənan M.M.-in sərhədlərini ayıra bilmir.

Hər ikisinə eyni "cəza"nı kəsir. Sonuncunun haqqında yazdıqlarını mən də oxudum. Bu psevdo-aktyor, psevdo-rejissor haqqında qənaətlərində yanılmasa da bunları aid olduğu jurnalistika dilində ifadə edə bilmir, sənət qatına qaldıra bilmir. Bəzən etik olmayan müdaxilələr edir, sənət-sənətkar münasibətlərini "qaqaş" meyarları ilə, kustar üsulla sorğulayır deyə hədəfi nişangahdan yayınır. Yazdığı bir-iki eksperimental "dost şarjı"na aldanıb özünü tələyə-labirintə salıb.

Yəni, Kənan M.M-i tənqid edibsə, sosial sifariş indi ondan Kamil Zeynallını tənqid etməyini istəyəcək, necə ki, istəyir də. Buna getsə, Kamil onu söyəcək, getməsə, həmin publikanın özü.

Və bu yolu Orxan özü seçib. Mənim nə bu yöndə ona verə biləcək tövsiyələrim var, nə də özümü ona öyüd verəcək statusda görürəm.

Ancaq bütün bunların heç biri Kənan MM-in diletantlığına, vizyonsuzluğuna, bayağılığına fürsət verməməlidir.

Bir vaxt müğənni Röyanın əlini qasığına qoyub elə həmin Kənanın atasına salam göndərmə üslubunu iqnor etməsək, bu leksikonun mədəni kanonda normaya çevrilməyəcəyinə zəmanət yoxdur. Yəni Kənan M.M-in ağız boşluğunda yuva salmış bu üfunət bir az da azğınlaşıb daha geniş meydan istəyəcək.

Sonda isə demək istəyirəm, Orxan elə də pis adam deyil. Onun "Mərcan xala və polipləri" hekayəsini oxusanız, onu lap yaxından tanımış olacaqsınız. Elə təkcə bu hekayənin özü Kənan M.M.-in bütün yaradıcılığının (buna yaradıcılıq demək olarsa) fövqündə durur.

# 3922 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış sosial media fenomeni həbs olundu

Tanınmış sosial media fenomeni həbs olundu

18:46 27 noyabr 2026
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

18:23 27 noyabr 2026
“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

17:58 27 noyabr 2026
Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

17:19 27 noyabr 2026
Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

16:37 27 noyabr 2026
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

15:52 27 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər