Kəlbəcər rayonunun Zar kəndində yeni həyat başlayır - Səxavət Kəlbəcərli

Səxavət Kəlbəcərli, şair

Səxavət Kəlbəcərli, şair

16 may 2025
# 12:10

Kəlbəcər rayonunun Zar kəndində yeni həyat başlayır: 120 milyon manatlıq layihə çərçivəsində 855 ev inşa olunacaq Azərbaycanın işğaldan azad olunmuş bölgələrində genişmiqyaslı yenidənqurma və bərpa işləri davam edir. Bu prosesin növbəti mərhələsi Kəlbəcər rayonunun qədim və tarixlə dolu yaşayış məntəqəsi olan Zar kəndində həyata keçiriləcək.

Rəsmi məlumata görə, may ayının sonlarından etibarən kənddə ümumilikdə 855 yaşayış evinin inşasına başlanacaq. Layihənin birinci mərhələsində 547 fərdi evin, inzibati binaların və digər sosial infrastruktur obyektlərinin tikintisi planlaşdırılıb. Ümumi quruculuq işləri üçün 120 milyon manat vəsait ayrılıb. Qeyd edək ki, işğaldan azad olunan digər rayonlarda – xüsusilə Laçında – aparılan bərpa işləri və tikilən yeni evlərin keyfiyyəti ilə bağlı ictimaiyyət arasında müəyyən narazılıqlar yaranmışdı. Yerli sakinlər evlərin keyfiyyətsiz inşa olunmasından və ayrılan vəsaitlərin şəffaf şəkildə xərclənməməsindən şikayətlənmişdilər.

Bu səbəbdən Zar kəndində baş tutacaq layihədə ictimai nəzarətin təmin olunması və şəffaflığın qorunması xüsusi önəm daşıyır. Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü olan Səxavət Kəlbəcərli 1985-ci ildə dünyaya göz açdığı doğma Zar kəndinin yetirməsi kimi çıxış edən ziyalı bu layihədə bilavasitə iştirak edəcəyini bildirib. Onun sözlərinə görə, təkcə jurnalist və yazar mövqeyindən yox, həm də bir doğmalıq hissi ilə bu prosesə nəzarət edəcək, görülən işləri diqqətlə izləyəcək və cəmiyyətə obyektiv məlumatlar çatdıracaq:

“120 milyon manatlıq bir layihə həyata keçirilir. Qoy bu məbləğin hər manatı kəndimizin dirçəlməsi üçün sərf olunsun. İstəyirik ki, tikilən evlər keyfiyyətli olsun, insanlar orada rahat yaşasın. Qayıdışın bu mərhələsi həm də mənəvi bir məsuliyyətdir. Zar kəndinin bərpası yalnız tikinti işlərindən ibarət deyil. Bu, həm də illərlə həsrətində olduğumuz yurd yerlərinə qayıdışın, yeni həyatın, yeni ümidlərin başlanğıcıdır. Tikiləcək hər ev, qurulacaq hər bina bu torpağın ruhunu daşımalı, şəhidlərin qanı ilə suvarılmış bu diyara layiq olmalıdır. Bu layihənin gedişində ictimai nəzarətin gücləndirilməsi, yerli medianın və vətəndaş cəmiyyətinin prosesə cəlb olunması, hesabatlılığın təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Əgər bu prinsiplər qorunarsa, Zar kəndi yaxın illərdə Qarabağ və Şərqi Zəngəzur regionunda yenidən dirçələn yaşayış məntəqələri üçün nümunəvi modelə çevrilə bilər".

# 2395 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər