"İstənilən meyxanaçı ilə deyişməyə hazıram" - “Yevlaxa gəl” mahnısının ifaçısı danışdı

"İstənilən meyxanaçı ilə deyişməyə hazıram" - “Yevlaxa gəl” mahnısının ifaçısı danışdı
22 sentyabr 2023
# 21:00

Sosial şəbəkələrdə “Yevlaxa gəl, Yevlaxa” mahnısını oxuyan tanbur ifaçısı məşhurlaşıb.

Araşdırmalarımız zamanı məlum oldu ki, bu ifanın sahibi Balakən rayonu, Hənifə kənd sakini, ozan, "Atbaz" ləqəbi ilə tanınan Əfqan Rəhmanovdur.

Kulis.az xəbər verir ki, Əfqan Rəhmanov bu mahnının necə yaranması barədə Lent.az-a danışıb:

“Televizora baxırdım, hamı kimi mən də antiterror əməliyyatları barədə xəbərləri həyəcanla izləyirdim. Düzünü desəm, vaxtım olmur deyə 2011-ci ildən bu yana televizora baxmamışam. Müdafiə Nazirliyinin əməkdaşı Anar Eyvazovun efirdə ermənilərin təslim olması, onların danışıqlar aparmaq üçün Yevlax rayonuna gəlməsi barədə xəbər verəndə ürəyim atlandı, damburu əlimə alıb bu havanı oxudum, bədahətən yarandı. Sonra sosial şəbəkədə paylaşdım”, - ozan bildirib.

O qeyd edib ki, ata-babadan bu sənətlə məşğuldurlar. O, xalq ozanı kimi el şənliklərinə də gedir.

“Bizlər mahnını öncədən bəstələmirik. Eşitmisinizmi, ulu dastanımızda deyilir ki, Dədə Qorqud gəldi, qopuzunu çaldı, söz söylədi. Bizlər də elə. tamburu əlimizə alanda bədahətən deyirik. Söz sənətində istənilən aşıqla, meyxanaçı ilə yarışmağa hazıram. Sözü də, musiqini də özüm düzüb qoşmuşam”.

Bəs o nə üçün Atbaz ləqəbi ilə tanınır? Çünki kənd adamıdır, kəhər atlar yetişdirib satmaqla dolanır. Onun adı yetişdirdiyi atlarına görə də məşhurdur.

“Bəs bu mahnının bir gecədə sizi məşhurlaşdıracağını düşünmüşdünüz?” - sualına cavab verən xalq ozanı bildirib ki, o lap çoxdan televiziya efirlərində Aşıq Əhlimanla, məşhur meyxanaçılarla deyişib.

# 3424 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər