İsmayıl Hacıbəyova həsr olunmuş kitab sərgisi açıldı

İsmayıl Hacıbəyova həsr olunmuş kitab sərgisi açıldı
2 sentyabr 2024
# 18:23

Bu gün görkəmli bəstəkar, professor, Əməkdar incəsənət xadimi İsmayıl Hacıbəyovun anadan olmasının 75-ci ildönümü tamam olur.

Kulis.az xəbər verir ki, bu münasibətlə Milli Kitabxanada “Əməkdar incəsənət xadimi İsmayıl Hacıbəyov” adlı geniş kitab sərgisi açılıb.

Sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın əsərlərinin not yazıları, həyat və yaradıcılığına həsr olunmuş Azərbaycan və rus dilində ədəbiyyatlar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, İsmayıl Hacıbəyov 1972-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini professor Qara Qarayevin sinfi üzrə bitirib. O, Azərbaycan musiqi mədəniyyəti tarixinə özünəməxsus istedada malik bəstəkar, pedaqoq kimi daxil olmuşdur. Əsərləri arasında simfonik orkestr üçün uvertüra, simli kvartet, kamera orkestri üçün konsertino, skripka violonçel və orkestr üçün ikili konsert, fortepiano və orkestr üçün “Cəngi” rapsodiyası, fortepiano üçün “Vatto üslubunda eskizlər”, qarışıq xor və orkestr üçün “Memorial” kantatası və digər əsərlər xüsusi yer tutur. Üç pərdəli “Firuzə” operasının müəllifidir.

Azərbaycan Dövlət Konservatoriyasının professoru İsmayıl Hacıbəyov ömrünün sonuna kimi bəstəkarlıq və polifoniya üzrə dərs deyib.

# 2507 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər