“İraq-türkman dilinin qrammatikası” kitabının təqdimatı keçirildi

“İraq-türkman dilinin qrammatikası”  kitabının təqdimatı keçirildi
13 fevral 2026
# 15:30

Bağdadda “İraq-türkman dilinin qrammatikası” kitabının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) və Müstənsəriyyə Universitetinin birgə təşəbbüsü ilə keçirilən tədbirdə ölkənin rəsmi şəxsləri, İraq türkmanlarını təmsil edən vətəndaş cəmiyyəti institutları nümayəndələri, diplomatlar, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Qeyd edək ki, bu nəşr İraq türkman dilinin qrammatik bazasının sistemləşdirildiyi ilk elmi kitab hesab olunur. Kitab Azərbaycanda fəaliyyət göstərən Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun tərəfdaşlığı ilə 2025-ci ildə hazırlanıb, Azərbaycan və ərəb dillərində nəşr edilib.

Tədbirdə çıxış edən Kərkük Universitetinin professoru dr. Nəbil Şahin Kifrili, İraq XİN-nin təmsilçisi səfir Əli Qabbani, Müstənsəriyyə Universiteti Hüquq fakutəsi dekanı dr. Malik Mənsi əl-Hüseyni, professor Çoban Xıdır qeyd ediblər ki, bu nəşr zəngin keçmişə və unikal təsnifata malik İraq türkamanlarının ana dilinin sistemləşdirilməsi sahəsində atılmış tarixi addımdır.

Çıxışlarda eləcə də qeyd olunub ki, azərbaycanlı alimlərin dəstəyi ilə bir il ərzində akademik araşdırma nəticəsində ərsəyə gəlmiş və ABİA-nən yardımı ilə nəşr edilmiş bu elmi əsər İraq-türkman dilinin akademik səviyyədə qrammatik bazasının, o cümlədən vahid ədəbi dilinin formalaşmasına töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanlı həmkarlara öz təşəkkürünü bildirən natiqlər bu kitabın 4 milyonluq İraq türkmanlarının ana dilinin və mədəniyyətlərinin inkişafına təkan verəcəyinə əminliklərini ifadə ediblər.

Tədbirdə çıxış edən, kitabın həmredaktorları Bağdad Universitetinin professoru, səfir Dr. Mahmud Çayırlı, və AMEA Şərqşünaslıq İnstitutunun direktor müavini Dr. Elnur Mustafayev Azərbayan alimləri və İraq türkmanları arasında baş tutan elmi əməkdaşlığın qardaş türkman toplumu ilə Azərbaycan xalqı arasında tarixi-mənəvi bağların möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıblar.

ABİA-nın idarə heyətinin sədri Elçin Əsgərov, Azərbaycanın İraqdakı səfirliyinin müşaviri Elnur Məmmədzadə, İraq türkmanları və Azərbaycan arasında son illərdə həyata keçirilən tədbirlərin Azərbaycan və İraq dövlətləri və xalqları arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini bildiriblər.

# 1609 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər