"İlin hekayəsi" müsabiqəsinin qalibləri bu gün açıqlanacaq

"İlin hekayəsi" müsabiqəsinin qalibləri bu gün açıqlanacaq
26 dekabr 2022
# 12:00

Bu gün "İlin hekayəsi" müsabiqəsinin qalibləri açıqlanacaq.

Kulis.az xəbər verir ki, hekayə müsabiqəsinin qalibləri bu gün Libraff kitab mağazaları şəbəkəsinin Park Akademiya filialında (Elmlər Akademiyası) keçiriləcək mükafatlandırma mərasimində açıqlanacaq. Mərasim saat 18.00-da başlayacaq.

Qeyd edək ki, münsiflərin adları da müsabiqənin mükafatlandırılma mərasimində açıqlanacaq.

Müsabiqədə:

I yerin qalibi – "İRŞAD"dan Notbuk, "Libraff"dan 200 AZN-lik kitab kuponu, "PİNTRAVEL" şirkətinin xüsusi hədiyyəsi

II yerin qalibi – "İRŞAD"dan Smartfon, "Libraff"dan 100 AZN-lik kitab kuponu, "PİNTRAVEL" şirkətinin xüsusi hədiyyəsi

III yerin qalibi – "İRŞAD"dan Poketbuk (planşet), "Libraff"dan 50 AZN-lik kitab kuponu, "PİNTRAVEL" şirkətinin xüsusi hədiyyəsi

Kulis.az oxucuları tərəfindən seçiləcək onlayn səsvermənin qalibi isə Smart saat və xüsusi hədiyyələrlə mükafatlandırılacaq.

Müsabiqə “İrshad Electronics” şirkətinin baş sponsorluğu, Mədəniyyət Nazirliyinin Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi, “LIBRAFF” kitab mağazaları şəbəkəsinin və “Pintravel” şirkətinin sponsorluğu ilə təşkil olunur.

Müsabiqədə iştirak edən bütün iştirakçılar, media nümayəndələri və ədəbiyyatsevərlər dəvətlidir.

# 4171 dəfə oxunub

Oxşar xəbərlər

Rəssam Əkrəm Tağıyev vəfat etdi

Rəssam Əkrəm Tağıyev vəfat etdi

12:45 30 sentyabr 2026
Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq

Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq

12:40 30 sentyabr 2026
İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq

İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq

12:20 30 sentyabr 2026
Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

11:00 30 sentyabr 2026
Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

10:45 30 sentyabr 2026
Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı

Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı

10:25 30 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər