İki yeni kitab çap olundu

İki yeni kitab çap olundu
22 mart 2024
# 15:30

İlkin Tomarın naşirliyi ilə iki yeni kitab işıq üzü görüb.

Kulis.az xəbər verir ki, hər iki kitabın dizayneri Sahil Amirdir.

"Səhnə işıqları" - Çarli Çaplin

Bir vaxtlar o, ən nüfuzlu teatr səhnələrində böyük tamaşaçı kütləsini qəhqəhəyə boğur, musiqi zallarının divarlarının gülüşlərlə sədalanmasından zövq alardı. Şöhrətinin zirvəsində olduğu illər indi qoca Kalveroya çox uzaq görünürdü. Əvvəllər hamının sevimlisi olan bu məzhəkəçi həyatının alatoranlığında işsiz, ümidsiz və yalqızdır. Kalveronun həyatının axarı isə bir gün Londonda, yaşadığı köhnə pansionda Teri adlı balerinanı xilas etməsi ilə dəyişir. Gənc Teriyə yardım edən Kalvero yenidən itirilmiş şanının izinə düşmək, axıb gedən zamana tutunmaq üçün ümidlənsə də artıq hər şey dəyişmişdir. Keçmiş tanışı Postentin təklifi Kalveroya arzusunu gerçəkləşdirməyə imkan verəcəkmi? Unudulmuş yüzlərlə artistdən biri kimi onun şöhrətinin, xoşbəxt həyatının işığı son dəfə, yenidən ona qayıdacaqmı?

Dünya şöhrətli aktyor, rejissor Çarli Çaplinin “Footlights” adlı bu povesti 1952-ci ildə öz iştirakı və rəhbərliyi altında “Limelights” adı ilə təqdim edilib. Povest kinotənqidçilər tərəfindən yüksək qiymətləndirilib.

Redaktoru Humay Süleymanlı olan kitab Azərbaycan dilinə Vəhdət Sultanzadə və Maqsud Hacıyev tərəfindən tərcümə olunub.

Qeyd edək ki, kitab "Çardaq" Nəşriyyatında işıq üzü görüb.

"Etika" - Konstantin Stanislavski

“Moskva Bədaye Akademik Teatrın ildə bir dəfə çıxan məqalələr məcmuəsinin” 1944-ci il nömrəsində dərc edilmiş K. S. Stanislavskinin “Etika” məqaləsi müəllifin qaralama əlyazmasıdır. Məqalədə çoxlu düzəlişlər, ixtisarlar, əlavələr vardır. Müəllif misalların yerini dəyişməyi nəzərdə tutur, bəzi misalları pozur və yenə saxlayır. Görünür ki, əlyazmasının pozulmuş bəzi yerləri yenidən işlənəcək və bundan sonra əlyazmasına əlavə ediləcəkmiş, çünki onları çıxardıqda məqalədəki məntiqi əlaqə pozulur.

Əlyazması yazı kağızı ilə 67 səhifədir və mürəkkəblə yazılmışdır. O, Lenin adına Kitabxananın əlyazmaları şöbəsində saxlanılır. Əlyazması ardıcıl səhifələnməmişdir. Görünür ki, bu məqalə Stanislavskinin çapdan çıxmış “Aktyorun öz üzərində işləməsi” adlı kitabının fəsillərindən birinin variantıdır. Məqalənin yazılış forması və iştirak edən şəxslərin (məktəb müəllimi - Tortsov, şagirdlər - Qovorkov, Vyuntsov) eyni olması da bunu göstərir. Stanislavski kitabın üzərində işlərkən bu fəsli kitabdan çıxarmışdır; çünki o, bu məsələni o qədər mühüm bir məsələ hesab etmişdir ki, onun haqqında ayrıca kitab yazmağı lazım bilmişdir.

Teatr etikası məsələləri Stanislavskini teatrda işlədiyi ilk günlərdən məşğul etmişdir. Onun bacısı Zinaida Sergeyevna Sokolova, Stanislavskinin hələ onların evində, Alekseyevski dram dərnəyində nizam-intizam qaydalarını və etikanı pozanların hamısı ilə nə qədər sərt olduğunu söyləyir. Stanislavskin özünün “İncəsənətdə mənim həyatım” kitabının incəsənət və ədəbiyyat cəmiyyətində Şekspir faciəsinin qoyuluşundan bəhs edən “Otello” fəslində yazır:

“Bir maneəni başqa bir maneə əvəz edirdi. Əvvəlcə arvadım xəstələndi və buna görə Dezdemona rolunu başqa bir həvəskar qadına verməli olduq, lakin o özünü yaxşı aparmadı - lovğalanmağa başladı və buna görə mən cəza üçün onu işdən çıxarmalı oldum. K. S. Stanislavskinin etika haqqındakı fəsli nə vaxt yazdığını onun 1908-ci ilin avqustunda M. P. Lilinaya yazdığı məktuba əsasən ehtimal etmək olar. Stanislavski xaricdən gəldikdən sonra “Göy quşun” məşqlərini yenidən təşkil edir. O, M. P. Lilinaya yazdığı məktubda deyirdi: “Axşam evdə idim və etika haqqındakı fəsli yazdım. Deyəsən, pis çıxmadı. Dünən bazar ertəsi günü, səhər məşqi zamanı onu aktyorlara oxudum. Deyəsən, məqalə onları düşündürmüşdür və məşq yaxşı keçdi”.

Stanislavski ölümündən bir neçə gün əvvəl, yəni 1938-ci ilin avqustun 2-də sanatoriyaya getməli idi. Bu zaman O, adəti üzrə, sanatoriyada olacağı müddət üzərində işləyəcəyi bütün əlyazmaları və qeydləri yığışdırmışdı. “Etika” məqaləsi də bunların arasında idi.

Redaktoru Aydan Umay olan kitab Azərbaycan dilinə Tahir Kazımov tərəfindən tərcümə olunub.

Qeyd edək ki, kitab "Kosmo" Nəşriyyatında işıq üzü görüb.

# 1944 dəfə oxunub

Oxşar xəbərlər

Vüqar Babanlı: "Atam şərəfli bir ömür sürüb..."

Vüqar Babanlı: "Atam şərəfli bir ömür sürüb..."

13:48 17 avqust 2025
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu  - Yenilənib

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu - Yenilənib

13:05 17 avqust 2025
İsfəndiyar Vahabzadə:  "Atam deyirdi ki, bəzən ürəyim dolur, heç kəsə deyə bilmədiyim sözlər olur..." - Müsahibə

İsfəndiyar Vahabzadə: "Atam deyirdi ki, bəzən ürəyim dolur, heç kəsə deyə bilmədiyim sözlər olur..." - Müsahibə

13:00 17 avqust 2025
Dünyanın ən möhtəşəm  tarixi otelləri

Dünyanın ən möhtəşəm tarixi otelləri

10:00 17 avqust 2025
Müğənni Rəqsanə həbs edildi - Səbəb

Müğənni Rəqsanə həbs edildi - Səbəb

18:55 16 avqust 2025
Vidadi Babanlı vəfat etdi

Vidadi Babanlı vəfat etdi

17:00 16 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər