III Sevil Beynəlxalq Qadın Sənədli film festivalı sona çatdı

III Sevil Beynəlxalq Qadın Sənədli film festivalı sona çatdı
22 avqust 2022
# 18:30

III Sevil Beynəlxalq Qadın Sənədli film festivalı sona çatıb.

Kulis.az xəbər verir ki,13-20 avqust tarixlərində Bakı, Şəki, Lənkəran şəhərlərində eyni anda baş tutan festival bu ilki proqramını uğurla yekunlaşdırdı. 8 gün ərzində 36 yerli və xarici film nümayişi, xarici mütəxəssisləri ilə 3 masterklas, xarici xarici və yerli rejissorlar, spikerlərlə çoxsaylı panel müzakirələri yerinə yetirən festival 1200-dən çox izləyici, 100-dən çox masterklas iştirakçısına ev sahibliyi etdi. 7 xarici kino mütəxəssisinin qatıldığı festivalda bəzi beynəlxalq film rejissorları izləyicilərlə nümayişlərə canlı yayım vasitəsilə qoşuldu.

20 avqust tarixində təntənəli qapanış mərasimi ilə III Sevil Beynəlxalq Qadın Sənədli film festivalı sona çatdı.

Mərasimdə hər üç nominasiyada qalib filmlər açıqlandı. Yerli qısametrajlı sənədli film nominasiyasında qalib gələn yerli rejissor Aynur Kazımova Sevilfest-in (Sevil BQSFF) 2022-ci il proqramı çərçivəsində Almaniyanın "goEast" film festivalı ilə əməkdaşlığı çərçivəsində "goEast" tərəfindən təşkil edilən "East-West Talent Lab"da iştirak haqqı qazandı.

Qaliblərin ümumi siyahısını təqdim edirik:

Tammetrajlı sənədli film nominasiyası:

Kədər tərbiyəçisi - 66 dəqiqə, Mina Laamo - Finlandiya

Xüsusi jüri mükafatı:

Kimliyin səsi - 90', James Kicklighter, ABŞ

Beynəlxalq qısametrajlı sənədli film nominasiyası

Çöl çiçəkləri - 20', Mariana X. Rivera, Meksika

Xüsusi jüri mükafatı:

Sükut içində pıçıltı - 20', Sargol Eslamian, İran

Yerli qısametrajlı sənədli film nominasiyası:

Unudulmuş arzular - 18', Aynur Kazımova, Azərbaycan

Xüsusi jüri mükafatı:

Nə istəyirsiz? - 13', Günel Səfərova, Azərbaycan

# 2580 dəfə oxunub

Oxşar xəbərlər

Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
Süni intellekt aktrisası "nasazladı"

Süni intellekt aktrisası "nasazladı"

16:00 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər