İbn Sinanın əsərlərinin toplandığı kitab çap olundu

İbn Sinanın əsərlərinin toplandığı kitab çap olundu
10 aprel 2023
# 11:20

İbn Sinanın “Həyy ibn Yəqzan” və “Quş risaləsi” adlı fəlsəfi-alleqorik hekayələri Azərbaycan dilində ilk dəfə işıq üzü görüb.

Kulis.az xəbər verir ki, Başla* nəşriyyatının bu yeni kitabında “Həyy ibn Yəqzan”ın məlum versiyasından başqa, tədqiqatçı və tərcüməçilərin diqqətindən kənarda qalmış və indiyə kimi heç bir dilə tərcümə olunmamış digər bir versiyası da yer alıb.

İbn Sinaya şamil olunan, lakin dövrümüzə qədər əsli çatmayan “Salaman və Əbsal” əsərinin Nəsirəddin Tusi tərəfindən yazılmış icmalının tərcüməsi sonda əlavə mətn kimi verilib. Eyni zamanda, İbn Sinaya aid edilən və ərəbcə yazılmış “əl-Ayniyyə” qəsidəsinin, farsca olan bir qəzəl və bir sıra rübailərinin ilk azərbaycanca tərcümələri isə müqəddimədə oxuculara təqdim olunub.


Ərəbcədən tərcümə, müqəddimə və şərhlər: Teymur Məlikov.
Oxucular kitabı İçərişəhər bookhause & cafe, Kitabal.az, Kitabevim.az, Papirus kitab evindən əldə edə bilərlər.

# 2974 dəfə oxunub

Oxşar xəbərlər

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər