"Heydər Əliyev xatirələrdə" adlı tədbir keçirildi

"Heydər Əliyev xatirələrdə"  adlı tədbir keçirildi
5 may 2026
# 12:40

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib.

APA xəbər ki, tədbirdə Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin, Sumqayıt Regional Mərkəzinin və FHN-in regionda fəaliyyət göstərən digər qurumlarının, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, şəhərdə fəaliyyət göstərən idarə və təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə, Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə veloyürüş keçirilib. Heydər Əliyev Mərkəzinin qarşısından start götürən veloyürüş Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin önündə başa çatıb.

Sonra tədbir iştirakçıları Mərkəzin inzibati binasında Ulu Öndərin büstünün önünə gül dəstələri qoyaraq Dahi Rəhbərin əziz xatirəsini dərin ehtiramla yad edib, Ümummilli Liderin zəngin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi ilə tanış olublar.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev və digər natiqlər Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, eyni zamanda Dahi Rəhbərin zəngin siyasi irsinin gələcək nəsillər üçün əhəmiyyətindən söz açıblar.

Bildirilib ki, Ümummilli Liderin Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti bu gün möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək əzmkarlıq və uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmiz beynəlxalq birliyin nüfuzlu üzvlərindən biri hesab olunur.

Sonra mərasim bədii hissə ilə davam etdirilib.

Daha sonra tədbir iştirakçıları FHN-in Sumqayıt Regional Mərkəzi və digər yerli qurumlarının xüsusi texnika və avadanlıqlarına baxış keçiriblər.

Tədbir çərçivəsində Sumqayıt məktəbliləri arasında viktorina təşkil edilib, qaliblərə fəxri fərmanlar təqdim olunub.

Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgiyə də baxış keçirilib.

Sonda tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə Mərkəzin ərazisində 103 ədəd ağac, habelə müxtəlif gül kolları və dekorativ bitkilər əkilib, eyni zamanda güllərdən ibarət 103 rəqəmini əks etdirən kompozisiya yaradılıb.

# 474 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər