Həsən Əblucun məzarında İran təbliğatı - Foto

Həsən Əblucun məzarında İran təbliğatı - Foto
25 oktyabr 2023
# 13:55

"Həsən Əbluc, həqiqətən, islami inqilabı dəstəkləyirdi? Həqiqətən, islami incəsənətin yüksəlişi üçün çalışırdı? Həqiqətən, hicranda idi?"

Kulis.az xəbər verir ki, bu sözləri Həsən Əblucun məzarını ziyarət edən sosial şəbəkə istifadəçisi Rəcəb Həsənbəyli feysbukda yazıb.

Onun yazdığına görə, Həsən Əblucun qəbir daşını İran səfirliyi düzəltdirib:

"Xudu Məmmədovun anım günüdür deyə, qəbrini ziyarətə getmişdim. Daha sonra digər qəbirləri də ziyarət etdim. Və görün, biz adi şeylərdə necə uduzuruq.

Bu gördüyünüz qəbir dahi Azərbaycan aktyoru, qiraətçi, rejissor Həsən Əblucundur. Qəbir daşını nədənsə İran səfirliyi düzəltdirib. Və təbii ki, özlərinə uyğun təbliğata yol veriblər.

Həsən Əblucun atası Abbasqulu Əbluc güneydəki Milli hökumət dağılandan sonra demokratik hərəkatda iştirak etdiyi üçün bu taya keçib.

Əvvəlcə Beyləqanda daha sonra isə Bakıda yaşayıblar.

Ömür boyu milli mədəniyyətimizin inkişafı üçün çalışan bu şəxsiyyətin qəbrinin üstündə yazıblar ki:

"Həsən Əbluc, İran İslam İnqilabının fədakar və sadiq sənətkarının əbədi evi ki Azərbaycanda hicranda 1372/12/23 tarixində islami incəsənətin yüksəlişi yolunda çalışaraq vəfat edib."

Niyə buna icazə veriblər? Hansı əsasla?

Əbluc həqiqətən də islami inqilabı dəstəkləyirdi?

Həqiqətən, islami incəsənətin yüksəlişi üçün çalışırdı? Həqiqətən, hicranda idi?".

# 4906 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər