"Hər şey yaxşı olacaq!" - Hökümənin bizə son təlimatı...

"Hər şey yaxşı olacaq!" - Hökümənin bizə son təlimatı...
26 dekabr 2024
# 15:00

Kulis.az Aytən Sakitqızının Qazaxıstanın Aktau şəhəri yaxınlığındakı təyyarə qəzasında həyatını itirmiş stüardessa Hökümə Əliyeva haqqında yazısını təqdim edir.

Azərbaycan Hava Yollarına məxsus təyyarə bizə naməlum səbəbdən yerə çırpılmaq təhlükəsi ilə üzləşir. Oksigen balonları açılıb, təyyarə səmada dolanbac hərəkət edir. Və bir Azərbaycan qızı salona səslənir:

"Hər şey yaxşı olacaq!"

33 yaşlı stüardessa Hökümə Əliyevanın səsini dinlədikcə kövrəlməmək imkansızdır. Ölümə addımladığını bilə-bilə, hətta bu məqamda belə xidməti vəzifəsini təmkinlə, səbirlə yerinə yetirir qəhrəmanımız.

Nisgilimizdi, kədərimizdi, ürək ağrımızdı, həm də qürurumuzdu, ölməzliyimizdi, örnəyimizdi... Hökümə!

Son sözləri ilə, əslində, ölümdən də üstün olduğunu isbatladı doğmalarının Lenası... Davranışı ilə sanki ölümü belə susdurdu.

Səmanı çox sevdiyindən işini mavi səmalarda qurmuşdu. Ruhən də əbədi olaraq elə səmaya qovuşdu.

Son biletinin ünvanı axirət, məkanı isə Cənnət oldu Hökümənin.

Xidməti vəzifəsini peşəkarlıqla yerinə yetirərkən öz qəhrəmanlığı ilə ölümsüzlük qazandı...

Vətəndaşdan ötrü tələb olunan məsuliyyəti unutmadı. Səsi titrəsə də, vəzifəsini vicdanla yerinə yetirdi.

“Bu, təlimatdır” - deyib, təlimat da verdi son nəfəsində.

O, sözü yalnız sərnişinlərə demədi. Onu həm də hər birimizə ünvanladı. O təlimatı biz vicdanımızdan almalıyıq. Qoy bu da bizə Hökümənin son vəsiyyəti olsun.

Hökümənin son nəfəsində belə peşəsinə sadiq qalaraq son tapşırığı bizə həm də bir faktı xatırlatdı.

44 günlük Vətən müharibəsində minlərlə şəhid versək də, geri çəkilmədik.

İşğalçı ölkənin ordusunun canına vəlvələ saldı igidlərimiz bu davranışlarıyla.

Düşmən bu şücaətinin qarşısında aciz və mat-məəttəl qalmışdı:

"Güllə ilə vururuq, üstü-başı qanlı yenə üstümüzə gəlirlər", - deyirdilər.

Bəli, qanı ilə tarix yazanlar son nəfəsində elə hər şeyin yaxşı olacağını bilib, ölümə gülərək gedirdilər. Elə Hökümə kimi.

Biz qəhrəmanları uzaqda axtarmayaq. Onlar bizim içimizdədir.

Bu millətin özü də, övladları da qəhrəmandır!

Tanıdığımız, tanımadığımız, xatirini istədiyimiz, istəmədiyimiz hər kəs!

Ancaq ən real təhlükə anında o qəhrəmanlar üzə çıxırlar və sadəcə AZƏRBAYCANLI olduqlarını ifadə edirlər!

Necə ki, Hökümə ifadə etdi.

"Ayaq üstə durmaq olmaz, hamı əyləşsin!”, - dedi.

Ruhun inciməsin, bu dəfə biz əyləşməyəcəyik, Hökümə, bu dəfə sənin sözünü dinləməyəcəyik. Çünki qəhrəmanlığın qarşısında minnətdarlıq borcumuzu yerinə yetirməliyik.

SƏNİ AYAQ ÜSTƏ ALQIŞLAMALIYIQ VƏ ALQIŞLAYIRIQ DA. Bu, ruhun qarşısında minnətdarlıq borcumuzdur!

# 3615 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər