Hamı bu filmdən danışır... - Video

Hamı bu filmdən danışır... - Video
4 oktyabr 2023
# 13:20

Birinci Qarabağ müharibəsində (1992-ci ildə) 23 nəfər Xocalı sakinini xilas etmək naminə düşmənə təslim olan Natiq Qasımovun həyat hekayəsi və onun haqqında çəkilən “Oğul” sənədli filmi yenidən gündəm olub. Ekran işinin ötən il təqdim olunmasına baxmayaraq, Azərbaycan seqmentində bir neçə gündür rezonansa səbəb olub.

Kulis.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, filmi Böyük Britaniyanın “Broken Pot Media” şirkəti çəkib, rejissoru və ssenari müəllifi Karan Sinqh isə üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə danışıb. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır.

Ekran işində Birinci Qarabağ Müharibəsində iştirak edən general Vitali Balasanyanın da müsahibəsi yer alıb. O, əsirin tanış gəldiyini, lakin Natiq Qasımovu xatırlaya bilmədiyini söyləyib: “Bu ad doğrudan da yadımda deyil. Ancaq bizim əsirimiz kimi qeydiyyata alınmış kiminsə sonradan yoxa çıxması qeyri-mümkündür. Məndə belə bir məlumat yoxdur”.

Maraqlıdır ki, general sorğu-sual zamanı düz Natiqlə üzbəüz əyləşən və xüsusi nəzərəçarpan gənc zabiti, deyəsən, tanımayıb. “Bu haqda heç bir məlumatım yoxdur”, - Balasanyan deyib.

İstefada olan polkovnik-leytenant Romik Mxitaryan isə Natiqi dindirən gənc erməni zabitin Vitali Balasanyan olduğunu deyib.

Filmin müəllifi qeyd edir ki, demək, yüksək dövlət mükafatları almış "general" Vitali Balasanyan Natiqin dindirilməsində şəxsən iştirak edibmiş. Bu, dəhşətli görünsə də, mümkün idi. 1992-ci ildə Balasanyan Əsgəranın işğalına nəzarət edirdi. Həmin vaxt onun cəmi 33 yaşı olsa da, o, əsirlərin dəyişdirilməsini təşkil edirdi. Onda müsahibə zamanı dindirilmə fotosunda özünü tanımaq istəməməsi heç təəccüblü deyil.

Qeyd edək ki, N. Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıdır. Elə həmin il də könüllü olaraq cəbhəyə gedən Natiq 1992-ci ildə Ağdamın Xramort kəndindəki kilsədən əsir alınıb.

https://bax.tv/son-xeberler/natiq-qasimova-hesr-olunan-ogul-filmi-185500?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=185500

# 2365 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər