Günay Əfəndiyeva Darxan Kıdırəli ilə görüşüb

Günay Əfəndiyeva Darxan Kıdırəli ilə görüşüb
23 dekabr 2022
# 18:30

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri Darxan Kıdırəli ilə görüşüb

Kulis.az xəbər verir ki, görüş zamanı Günay Əfəndiyeva Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Mərkəzi Asiya Media Forumunun yüksək səviyyədə təşkil olunması münasibətilə naziri təbrik edib.

O, rəhbərlik etdiyi təşkilatın qurucu üzv dövləti Qazaxıstanın çoxəsrlik mədəni irsinin təbliği istiqamətində Fond tərəfindən həyata keçirilən layihələrdən söz açaraq, ölkə ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi yönündə gələcək planlardan bəhs edib. Günay Əfəndiyeva Türk Dünyasının inteqrasiya proseslərinin sürətləndirilməsi məqsədilə Türk Əməkdaşlıq Təşkilatlarının ortaq fəaliyyətinin əhəmiyyətini vurğulayaraq, bu xüsusda nazirin uğurlu təcrübəsini qeyd edib.

Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri Darxan Kıdırəli Türk Əməkdaşlıq Təşkilatları, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən aparılan işlərin Türk Dünyasının birlik və həmrəyliyinin gücləndirilməsinə önəmli töhfə verdiyini nəzərə çatdırıb. Nazir Fond tərəfindən üzv dövlətlər ilə qurulan sıx əməkdaşlığı, eləcə də Qazaxıstanın sahib olduğu zəngin dəyərlərin öyrənilməsi və beynəlxalq miqyasda tanıdılmasını təqdirəlayiq hesab etdiyini bildirərək, təşkilata daimi dəstəyini ifadə edib.

Görüş qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsiylə davam edib.

# 2258 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur film ilk həftəsində rekord qırdı

Məşhur film ilk həftəsində rekord qırdı

18:00 22 sentyabr 2026
İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

17:30 22 sentyabr 2026
İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

17:00 22 sentyabr 2026
Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

16:30 22 sentyabr 2026
"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

15:30 22 sentyabr 2026
“K-pop” ifaçısının reklam çarxı yayımdan çıxarıldı

“K-pop” ifaçısının reklam çarxı yayımdan çıxarıldı

15:15 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər