Gicgahıma güllə sıxsam qəfildən; Adın qopar şaqqıldayan tətikdən

Gicgahıma güllə sıxsam qəfildən; Adın qopar şaqqıldayan tətikdən
23 oktyabr 2023
# 18:10

Kulis.az görkəmli rus şairi Marina Svetayevanın “Sənin adın – quş kimidi əlimdə” şeirini təqdim edir.

Sənin adın – quş kimidi əlimdə,
Sənin adın – buz kimidi dilimdə.

Sənin adın – hərflərin beşidi,
Dodağımın bircə tərpənişidi.

Cingildəyən gümüş zınqırovdumu?
Havadaca tora düşən topdumu.

Sənin adın – bu bahar gecəsində
Çöldən keçən atların nal səsində.

Sakit gölə bir daş atsam bu gecə
Qulağıma sənin adın gələcək.

Gicgahıma güllə sıxsam qəfildən,
Adın qopar şaqqıldayan tətikdən.

Sənin adın – necə deyim, ax, necə?! –
Yuxulu gözdən bir öpüşdü gizlicə.

Sonra çıxıb tez qapını örtməkdi.
Sənin adın – qışda qarı öpməkdi.

Bircə qurtum sərin sudu, sərin su…
Və lap dərin bir yuxudu, bir yuxu.

Tərcümə: Ramiz Rövşən

# 2014 dəfə oxunub

Oxşar xəbərlər

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər