"Gerçəkləşməyən arzular" - Naibə Allahverdiyevanın benefisi

"Gerçəkləşməyən arzular"  - Naibə Allahverdiyevanın benefisi
14 fevral 2024
# 11:52

Martın 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa, Xalq artisti Naibə Allahverdiyevanın 60 illik yubileyi munasibəti ilə "Gerçəkləşməyən arzular" adlı benefis nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, əsərin ideyası bir aktrisanın arzusunda olduğu, lakin ifa edə bilmədiyi rolları bir araya gətirib onlardan parçalar ifa etməkdir.

Benefisdə Uilyam Şeksprin "Romeo və Culyetta", "Hamlet", "Antoni və Kleopatra", Cəfər Cabbarlının "Sevil", Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" pyeslərindən istifadə edilib. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, səhnə tərtibatçısı Zəminə Elbir, musiqi tərtibatçısı Aygül Qurbanova, rejissor assisentləri Fuad Cavadzadə, Günay Qasımovadır.

Səhnə əsərində Xalq artisti Naibə Allahverdiyeva, Əməkdar artistlər Rasim Cəfər, Elnur Bəhramxan, aktyorlar Anar Seyfullayev, Ramil Məmmədov, Elşən Şıxəliyev, Elgün Yəhyayev, Könül Əbilova, Mirsənan Kazımlı, İlhan Sadıqov, Araz Pirimov iştirak edirlər.
Qeyd edək ki, Bakı Xoreqrafiya akademiyasının tələbələrinin də iştirak edəcəyi benefisdə rəqslərin quruluşu Əməkdar artist Nailə Məmmədzadəyə məxsusdur.

# 2251 dəfə oxunub

Oxşar xəbərlər

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

15:10 7 may 2026
Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

14:00 7 may 2026
Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

13:40 7 may 2026
Azərbaycan karikatura sənətinin banisi kimdir?

Azərbaycan karikatura sənətinin banisi kimdir?

13:20 7 may 2026
İntellektual tənhalığın simvolu - Onu kim "Macarıstanın Horatsisi" adlandırmışdı?

İntellektual tənhalığın simvolu - Onu kim "Macarıstanın Horatsisi" adlandırmışdı?

12:51 7 may 2026
Məşhur rok qrupunun üzvü vəfat etdi

Məşhur rok qrupunun üzvü vəfat etdi

12:30 7 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər