Gəncədə folklorun mədəni inkişafdakı rolu ilə bağlı seminar təşkil olunacaq

Gəncədə folklorun mədəni inkişafdakı rolu ilə bağlı seminar təşkil olunacaq
22 aprel 2026
# 14:20

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə aprelin 29-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda elmi-praktik seminar keçiriləcək.

Kulis.az xəbər verir ki, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Gəncə Dövlət Filarmoniyası və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin dəstəyi ilə təşkil olunan seminarın məqsədi milli mədəniyyətin formalaşmasında folklor amilinin əhəmiyyətini diqqətə çatdırmaq, zəngin xalq yaradıcılığının təbliği və gələcək nəsillərə ötürülməsi yollarının müzakirə edilməsidir.

Seminarda folklorşünas, sənətşünas-alim və tədqiqatçıların məruzələri dinləniləcək, mövzu ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbir çərçivəsində bədii proqram da nəzərdə tutulur.

# 1230 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər