Gənc Tamaşaçılar Teatrı qastroldan qayıtdı

Gənc Tamaşaçılar Teatrı qastroldan qayıtdı
28 iyun 2023
# 17:00

Mədəniyyət Nazirliyi Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrın yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində iyun ayı üçün regionlara təşkil olunan qastrol səfərlərinə start verilib.

Kulis.az xəbər verir ki, səfər çərçivədə Dövlət Gənc Tamaşaçılar Teatrı iyunun 27-i saat 15:00-da Lənkəran Dövlət Dram Teatrında "Bremen musiqiçiləri" tamaşası ilə uğurla çıxış edib.

Qrim qardaşlarının eyniadlı məşhur nağılının motivləri əsasında yazılan pyesin müəllifləri Yuri Entin və Vasili Livanovdur.

Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı İradə Muradovadır.

Səhnə əsərində Anar Seyfullayev, Aygün Fətullayeva, Elşən Şıxəliyev, Bəhram Əliheydər, Xaliq Bəkirov, Araz Primov, Müşviq Əliyev, Tahir İsmayılov, Nuranə Hüseynova, Gülbəniz Lətifova, Elgün Yəhyayev, Anar Səfiyev, Ramil Məmmədov, Aydın Dəmirov, Tahir İsmayılov, Nuranə Hüseynova, Gülbəniz Mustafayeva, Hilal Dəmirov iştirak edirlər.

“Bremen musiqiçiləri” iki gəncin sevgisindən bəhs edən həzin, uşaqlar üçün nəzərdə tutulmuş bir nağıldır. Ən fərqli nəsillərin maraq göstərdiyi bu əsər tamaşaçılarda xoş duyğular yaradır. Tamaşanın yaradıcı heyəti balacalarda gözəl hisslər tərbiyə etməyə, onlarda pozitiv ovqat yaratmağa çalışırlar. Tamaşanın dinamikası, peşəkar aktyor oyunu və əlbəttə xoşbəxt sonluq hər kəsdə xoş hisslər oyadıb.

# 2335 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər