Gənc Tamaşaçılar Teatrı qastrol səfərindən qayıtdı

Gənc Tamaşaçılar Teatrı  qastrol səfərindən qayıtdı
21 sentyabr 2023
# 16:07

Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrın yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində teatrların regionlara təşkil olunan qastrol səfərləri davam edir. Bu çərçivədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sentyabrın 20-də Qusar Dövlət Ləzgi Dram Teatrında Yevgeni Şvartsın "Qırmızı papaq" nağılı əsasında hazırlanan eyniadlı əsəri ilə çıxış edib.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssam Elşən Sərxanoğlu, bəstəkar Əməkdar İncəsənət xadimi Sərdar Fərəcovdur.

Birhissəli səhnə əsərində aktyorlar Səbinə Məmmədzadə, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Zümrüd Quliyeva, Zülfiyyə Alhüseynova, Elşən Hacıbabayev, Ədalət Əbdülsəməd, Müşfiq Əliyev iştirak edirlər.

Qırmızı papaqlı qız uzaqda yaşayan nənəsinin yanına getmək istəyir. Lakin bu yollar çox təhlükəlidir. O yolda ayı, canavar, tülkü kimi heyvanlar var. Buna baxmayaraq, Qırmızı papaq yola düzəlir. O, həqiqətən yollarda və nənəsin evinə çatanda belə çətin maneələrlə qarşılaşır.

Azyaşlı tamaşaçıların böyük sevincinə səbəb olan tamaşanın sonunda nağıl qəhrəmanlarını canlandıran aktyorlarla balaca tamaşaçılar xatirə şəkilləri çəkdirib, onlara gül dəstələrəi bağışlayıblar.

# 2646 dəfə oxunub

Oxşar xəbərlər

Gələn il "Michael" filminin davamı çəkiləcək

Gələn il "Michael" filminin davamı çəkiləcək

14:50 7 avqust 2026
Sərdar Ortac  xəstəxanaya yerləşdirildi? - İddia

Sərdar Ortac xəstəxanaya yerləşdirildi? - İddia

13:50 7 avqust 2026
Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

12:49 7 avqust 2026
Damla-damla yoxa çıxan zövqümüz...  — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

Damla-damla yoxa çıxan zövqümüz... — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

12:30 7 avqust 2026
Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər