"Futurama" serialının 8-ci mövsümünün ilk tizeri yayımlandı

"Futurama" serialının 8-ci mövsümünün ilk tizeri yayımlandı
19 may 2023
# 17:30

Yayım xidməti Hulu 24 iyul 2023-cü ildə on illik fasilədən sonra ekranlara qayıdacaq satirik elmi-fantastik serial olan "Futurama" nın qarşıdan gələn səkkizinci mövsümü üçün ilk tizeri yayımlayıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, tizer 17 saniyədir. Yeni seriyalar bundan sonra hər həftə bazar ertəsi günləri yayımlanacaq.

Qeyd edək ki, yeni epizodların istehsal kodları səkkizdən başlasa da, onlayn kinoteatr şounun davamını 11-ci mövsüm kimi yerləşdirib. Davam filmləri "Futurama"nın yaradıcıları Mett Qroninq və David Samuel Kohen, eləcə də Bill Uest, Katey Saqal və Con Dimaccio başda olmaqla orijinal heyət tərəfindən istehsal edilmişdir.

Xatırladaq ki, "Futurama" 1999-cu ildə Fox kanalında yayımlanmağa başlayıb. 2003-cü ildə layihə dörd mövsümdən sonra bağlanıb, lakin bir neçə il sonra Comedy Central kanalına keçib və daha üç mövsüm davam edib. Bundan sonra ikinci dəfə ləğv edilib.

# 2127 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər