Fransada 300-dən çox aparıcı sima etirazlara qoşuldu

Fransada 300-dən çox aparıcı sima  etirazlara qoşuldu
25 mart 2023
# 12:40

Fransa kino və televiziya dünyasının 300-dən çox aparıcı siması prezident Emmanuel Makron hökumətinin rəhbərlik etdiyi mübahisəli pensiya islahatlarını tənqid edən petisiya arxasında toplaşıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Fransız ulduzlar Juliette Binoche , Audrey Fleurot, Camille Cottin , Swann Arlaud, Jeanne Balibar, Bérenice Bejo, Laure Calamy, Camille Cottin, Pierre Deladonchamps və Noémie Merlant; rejissorlar Mişel Hazanaviçius , Alice Diop , Kim Çapiron, Maimouna Doucure, Robert Guédiguian və Alain Guiraudie, həmçinin prodüser Said Ben Said mübahisəli pensiya islahatlarını tənqid edən petisiya imzalayanlar arasında yer alıblar.

İslahatlara əsasən, Fransada rəsmi pensiya yaşı 2030 -cu ilə qədər tədricən 2 il artaraq 64 yaşa çatacaq .

Baş nazir Elisabeth Borne-nin rəhbərlik etdiyi Macron hökuməti, konstitusiyanın 49:3 maddəsini istifadə edərək, parlamentin səsverməsi olmadan islahat qanun layihəsini irəli sürdükdən sonra yerli əhalinin qəzəbi daha da artıb.

“Siz ədalətsiz, səmərəsiz və əhalinin ən həssas təbəqələrinə çox ciddi təsir göstərən pensiya islahatı həyata keçirmək qərarına gəldiniz. Sizin islahatınız ölkə vətəndaşlarının əksəriyyəti tərəfindən rədd edildi”, - deyə etirazçıların müraciət məktubunda vurğulanıb.

# 2550 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər