Filmimiz beynəlxalq festivalda iştirak edəcək

Filmimiz beynəlxalq festivalda iştirak edəcək
26 fevral 2022
# 12:40

Qarabağ müharibəsi mövzusunda çəkilən "Açar" bədii filminin Xocalı soyqırımının 30-cu ildönümündə Avropanın ən nüfuzlu qısametrajlı film festivallarından olan Go Short Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramına seçilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, “OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsalı olan “Açar” qısametrajlı bədii filmi Niderlandda keçirilən və Avropanın ən nüfuzlu qısametrajlı film festivallarından hesab edilən “Go Short” Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramına seçilib. Fransa, İtaliya, Almaniya, İngiltərə, İspaniya, Portuqaliya, Belçika, İsveçrə və s. ölkələrdən filmlərin iştirak edəcəyi festival 1-20 aprel tarixində onlayn formada, 1-10 apreldə isə ənənəvi qaydada keçiriləcək.

Qaliblərinə “Oskar”, BAFTA və Avropa Film Mükafatına (EFA) vəsiqə qazandıran “Go Short” Festivalında ölkəmizi təmsil edəcək “Açar” filmi işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 26 il qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edir.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Elşad Əliyev, görüntü rejissoru Cavid Oruclu (Delee), quruluşçu rəssamı Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir.

Filmdə Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.

# 2907 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər