Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edildi

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edildi
3 may 2024
# 10:40

Mayın 2-də Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə görkəmli kinodramaturq, kinoşünas, rejissor Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı olub.

Yubiley mərasimini giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq milli kinematoqrafiyamızın inkişafında C.Cabbarlının əvəzsiz xidmətlərindən, “Sevil” filminin çəkilişi zamanı məhz onun səyi ilə azərbaycanlı aktrisanın ekrana gətirilməsindən danışıb. Sonra Əməkdar incəsənət xadimləri Aydın Kazımzadə, Cahangir Zeynallı, professor Asif Rüstəmli, Əməkdar müəllim Nəcməddin Mürvətov görkəmli ədəbiyyat və kino xadimini xoş sözlərlə xatırlayıblar. Sənətkarın ailə üzvləri adından nəvəsi Qəmər Seyfəddinqızı çıxış edərək tədbirin təşkilinə, C.Cabbarlının 80 illiyi münasibətilə çəkilmiş sənədli filmin bərpasına görə Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

Tədbirin sonunda kinorejissor Cahangir Zeynallının C.Cabbarlıya həsr etdiyi “Solmaz bir bahar kimi” filmi tamaşaçılara təqdim olunub. 1979-cu ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş film Dövlət Film Fondu tərəfindən bərpa edilib.

# 2480 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər