Festivalın möhtəşəm yekunu: Əyyub Quliyev tamaşaçıları valeh etdi

Festivalın möhtəşəm yekunu:  Əyyub Quliyev tamaşaçıları valeh etdi
16 avqust 2023
# 10:13

Avqustun 13-də Almaniyanın mədəniyyət mərkəzlərindən sayılan Bavariyanın Badendorf şəhərində “İmmlinq” Beynəlxalq Opera Festivalının bağlanış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, mərasimdə “Bavariya” Festival Orkestri üç müxtəlif ölkənin tanınmış dirijorunun rəhbərliyi altında çıxış edib.

Festivalın bədii rəhbəri Korneliya fon Kersenbrok (Almaniya/Avstriya), Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev və Gürcüstan Dövlət Konservatoriyasının professoru Mixail Edişaraşvilinin ifasında operalardan uvertüra, ariya, duetlər, ansambllar və müxtəlif musiqi parçaları dinləyicilərə təqdim olunub.

Minə yaxın insanın izlədiyi konsert salonunda yer çatışmazlığı və pərəstişkarların xüsusi marağı nəzərə alınaraq, əsas giriş qapısı açılaraq küçədə əlavə oturacaqlar yerləşdirilib. Dörd saata yaxın davam edən konsertdə Almaniya, Meksika, Çili, Uels, Avstriya, Kosovo, Qazaxıstan, Ukrayna, Koreya və Gürcüstandan dəvət olunmuş istedadlı müğənnilər böyük məharətlə çıxış ediblər.

Gecənin sonunda dirijor Ə.Quliyevin rəhbərliyində ifa olunan dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletindən fraqmentlər musiqisevərlər tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Qeyd edək ki, ənənəyə sadiq olaraq festivalın son konsertində yekun əsər Azərbaycan bəstəkarına məxsus olur.

2022-ci ildə dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasına uvertürası, 2021-ci ildə isə Maestro Niyazinin “Qaytağı” simfonik rəqsi dirijor Ə.Quliyev və “Bavariya” Festival Orkestri tərəfindən səsləndirilərək böyük rezonansa səbəb olub.

Xatırladaq ki, iyunun 10-da Rixard Ştrausun “Salomeya” operası ilə başlayan “İmmlinq” Beynəlxalq Festivalı iki ay ərzində bir sıra əsərlərin yeni quruluşda təqdimatı ilə - C.Verdinin “Nabukko”, A.Piazzolanın “Mariya Buenos Ayres” operaları və Q.Malerin ikinci simfoniyasının uğurlu ifaları ilə yadda qalıb.

# 1912 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər