Etibar Əsədli Beynəlxalq Musiqi Festivalında konsert verdi

Etibar Əsədli Beynəlxalq Musiqi Festivalında konsert verdi
21 iyun 2023
# 18:05

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində paytaxtımızın müxtəlif məkanlarında maraqlı konsert proqramları təqdim edilir.

Kulis.az xəbər verir ki, ötən gün məşhur və sevilən pianoçu Etibar Əsədli Bakıda bir neçə ildən sonra konsert proqramı ilə çıxış edib.

“9 ildir Azərbaycanda öz triomla çıxış etməmişəm. Bu il muğam festivalı çərçivəsində konsertim təşkil olundu. Festivalın təşkilinə görə Heydər Əliyev Fonduna minnətdarlığımı ifadə edirəm. Biz tamaşaçılara Azərbaycanın xalq mahnıları, muğamları və caz musiqisini təqdim etdik”, - deyə Etibar Əsədli bildirib.

E. Əsədlinin konsert proqramına “Salam”, “Arşın mal alan”, “Laylay”, “Qara qaşın vəsməsi” kimi kompozisiyalar, həmçinin xarici bəstəkarların musiqiləri daxil idi. Bu dəfə də musiqiçi dinləyiciləri ifası ilə heyran edib.

Bakı şəhərində anadan olan Etibar Əsədli burada tam olaraq akademik musiqi təhsili alıb. O, yerli və beynəlxalq caz festivallarında uğurlu çıxışlar edib. ABŞ, Almaniya, Avstriya, Böyük Britaniya, Çin, Fransa, İsveçrə, Portuqaliya, Rusiya, Türkiyə və digər ölkələrdə fərqli layihələrdə konsertlər verib.

Hazırda Etibar Əsədli Paris şəhərində yaşayır. Fransanın məşhur CMDL (Centre des Musique Didier Lockvood) Caz təhsil məktəbinin məzunudur. Eyni zamanda, Avropanın məşhur caz ulduzları ilə müxtəlif layihələrdə iştirak edir.

Xatırladaq ki, “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir.

qafqazinfo

# 1826 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər