"Əsli və Kərəm" dastanının "Hekayəti-Kərəm" adlı əlyazması kitab kimi çap edildi

"Əsli və Kərəm" dastanının "Hekayəti-Kərəm" adlı əlyazması kitab kimi çap edildi
2 yanvar 2025
# 13:01

"Hekayəti-Kərəm" yazılı dastan abidəsi" adlı kitab çap olunub.

Kulis.az xəbər verir ki, kitabın müəllifi Filologiya üzrə Fəlsəfə doktoru, dosent Əli Məmmədbağıroğlu, redaktoru Mahnur Kərimova, rəyçi Kamil Allahyarovdur.

Kitabda Azərbaycan şifahi xalq ədəbiyyatında çox məşhur olan "Əsli və Kərəm" dastanının "Hekayəti-Kərəm" adı ilə əlyazmaya köçürülmüş, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan yeganə nüsxəsilə əlaqəli aparılmış elmi-paleoqrafik, filoloji tədqiqat və əlyazma abidəsinin mətni əski əlifbadan çağdaş Azərbaycan əlifbasına transfoneliterasiya edilməklə ilk dəfə oxuculara təqdim olunur. 1867-ci ildə köçürülmüş dastanın bu yazılı variantı Azərbaycanın görkəmli maarifpərvər ziyalısı Hüseyn əfəndi Qayıbova məxsus əlyazma məcmuəsində dövrümüzə gəlib çatıb.

Yazılı dastan abidəsilə bağlı təqdim olunan araşdırma və dastanın transfoneliterasiya edilmiş mətni tədqiqatçılar, eyni zamanda geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

# 2765 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər