Ən çox hansı janrda olan kitablar oxunur? - Statistika

Ən çox hansı janrda olan kitablar oxunur? - Statistika
11 iyun 2022
# 16:00

Kitablar həyatımızın əhəmiyyətli bir hissəsidir və oxumaq, bir çox insan üçün məşhur bir əyləncədir. Tipik kitab həvəskarları il ərzində 12-13 roman oxuyur və nəticədə, kitab bazarı dünyada böyük bir ölçüyə sahibdir. Təkcə 2022-ci ildə kitab bazarının gəliri 112.5 milyard dollara çatmışdır. İnsanların hansı janrda kitablar seçməsi isə tədqiqatçıların böyük maraq dairəsindədir.

Dünyada insanlar hansı janrda kitablar oxuyurlar?

Dünya oxucularının ən çox müraciət etdiyi ədəbi janrlar siyahısına romantika, klassik və şeir kitabları rəhbərlik edir.

Klassik janrda olan kitabları ingilisdilli ölkələrin evlərində tapmaq ehtimalınız daha çoxdur.

Qorxu janrı Latın ölkələrində, fantastik janrda olan kitablar isə Avropada ən populyar kitab janrıdır.

Asiyalılar internetdə digər kitab janrlarından daha çox şeir kitabları axtarırlar.

Holland dilli ölkələrdə triller roman janrı üstünlük təşkil edir, norveçli oxucular isə detektiv janrı digər janrlardan üstün tuturlar.

Fransa, Macarıstan, Venesuela, Cənubi Afrika, İspaniya, Braziliya, Portuqaliya, Rumıniya, Yunanıstan kimi ölkələrin əhalisi daha çox romantika janrına üstünlük verir. Fransızların “sevgi şəhəri” deyimini nəzərə alsaq romantika janrında onların üstünlük təşkil etdiyi aydın olur. Təsadüfi deyil ki, dünyanın ən gözəl sevgi hekayələrinin bəziləri də, məhz buradan gəlmişdir.

Venesueladakı oxucuların həm romantik, həm də qorxu kitablarını, təxminən, eyni səviyyədə oxuması da maraqlıdır.

NPD-ə görə (*Bazar araşdırma şirkətidir), romantika milyard dollarlıq bir janrdır və keçən il satış həcmi 47 milyonu keçib. Bu, əvvəlki ilə nisbətən 24% artım deməkdir.

Klassik janra ən çox üstünlük verənlər isə İsveç, Honq-Konq, Avstraliya, ABŞ, Böyük Britaniya, İrlandiya və Yeni Zelandiya əhalisidir.

Bütün ölkələr öz klassiklərinə dəyər versə də, ingilisdilli ölkələr, həqiqətən, öz mədəni irsinə böyük hörmət nümayiş etdirirlər. Bu, çoxlu sayda yazıçının klassik kimi qəbul edildiyi İngiltərədə xüsusilə sezilir. Beləliklə, ingilis oxucuları daha çox öz ədəbiyyatlarını oxuyurlar.

Amerikada ən məşhur ədəbi janr klassik janrdır. Bu janrı ardıcıl olaraq romantika və şeir kitabları təqib edir. Manqa janrı, Tarixi romanlar, Detektiv janr, Fantastika ədəbiyyatı isə təxminən eyni faizləri bölüşürlər.

Avropada isə ən məşhur janr fantastik janrdır. Çexiya, Polşa, Almaniya, İtaliya, İsveçrə, Danimarka, Avstriya, Rusiya əhalisini ən çox bu janra müraciət edir.

Bu janrın Avropada bu qədər populyar olmasının əsas səbəbi, yəqin ki, tarixən əksər fantastik hekayələrinin Avropadakı məkanlara yönəlməsidir. Bütün zamanların ən məşhur kitablarına, həmçinin, silsilə kitablara diqqətlə baxsanız, siyahıda fantastik janrın üstünlük təşkil etdiyini və hadisələrin də, məhz, Avropada cərəyan etdiyini görərsiniz.

Holland dilli ölkələrin - Hollandiya və Belçika - kitab bazarında triller janrı üstünlük təşkil edir.

Norveçlilər daha çox cinayət kitablarını, detektiv janrı sevirlər. Onlar bunu "Nordic noir" adlandırırlar və bu janrda kitablar oxumaq onlar üçün şokolad yemək, yaxud xizək sürmək qədər adidir.

Hindistan, Filippin, Cənubi Afrika, Türkiyə, Kanada, Sinqapur və Finlandiya əhalisi ən çox şeir kitabları oxuyur.

Macəra ədəbiyyatının ən populyar olduğu ölkələr isə Avstraliya, Koreya və Türkiyədir.

Qorxu janrına ən çox müraciət edənlər Venesuela, Argentina, Meksika əhalisidir. Həqiqətən, onların dəhşətli mifləri və qotik romanları kifayət qədərdir.

İngiliscədən tərcümə: Əsmər Mehdizadə

# 16947 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər