Ən azından üç uşağa anayam... – Səhər Əhməddən yeni şeir

Səhər Əhməd

Səhər Əhməd

7 fevral 2022
# 12:56

Kulis.az Səhər Əhmədin yeni şeirini təqdim edir.

Səndən sonra iki qız da böyütdüm,
Bir oğula ana oldum, doğrusu.
Səndən sonra çox işlərə yaradım.
Çox suala cavab oldum, doğruçu.
Anamın da, qızımın da saçlarını daradım.
Bircə sənin gözlərində sual çox,
Bircə sənin saçlarında sığal yox.

Niyə elə ürkək-ürkək baxırsan? -
Üzündə də göz yaşının izi var.
Səni yaxşı tanıyıram axı mən,
Gəl qanayan yaraları sarıyım.
Axşam düşdü, oyun bitdi, evə dön,
Gəl pərişan saçlarını darayım.

Səni haçan, kimə satdım, bilmirəm? -
İndi mənə çox çətindi, balaca.
Qızlarımtək bir gülümsə üzümə,
Anan olum bir az sənin, balaca.

Canım-gözüm, sən Kozetta deyilsən,
Heç Qaraca qız kimi də ölmədin.
O çarəsiz Tıq-tıq xanım misalı
Düşüb dəvə izində də qalmadın.

Nə olsun ki, mən satıldım həyata,
Səni gizli yollar ilə apardım.
Düz deyirsən, qorxaq oldum əməlli,
Səni döyüş meydanından çıxardım.

Nə olsun ki, mən Janna Dark olmadım,
Ən azından üç uşağa anayam.
Məsum gözlüm, artıq məni bağışla,
Gəl pırtlaşıq saçlarını darayım...

# 3981 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur müğənni əməliyyat olundu – Pərəstişkarları məyusdur

Məşhur müğənni əməliyyat olundu – Pərəstişkarları məyusdur

18:15 5 avqust 2026
Amerikalı fenomen xəstəxanaya yerləşdirildi – Səbəb

Amerikalı fenomen xəstəxanaya yerləşdirildi – Səbəb

17:00 5 avqust 2026
“The Voice”də böyük format dəyişikliyi – Məşhurlar yarışacaq?

“The Voice”də böyük format dəyişikliyi – Məşhurlar yarışacaq?

16:30 5 avqust 2026
Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası

Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası

16:00 5 avqust 2026
Asket şair, yorulmaz dilçi  - Onun hansı şeiri Norveçdə qeyri-rəsmi milli himn sayılır?

Asket şair, yorulmaz dilçi - Onun hansı şeiri Norveçdə qeyri-rəsmi milli himn sayılır?

13:40 5 avqust 2026
Məşhur aktrisa rolu üçün hicab geyindi

Məşhur aktrisa rolu üçün hicab geyindi

13:10 5 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər