Elmira Abbasovanın 90 illiyi keçirildi

Elmira Abbasova, Əməkdar incəsənət xadimi

Elmira Abbasova, Əməkdar incəsənət xadimi

16 may 2022
# 18:00

Mayın 16-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) görkəmli musiqişünas-alim, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Elmira Abbasovanın 90 illiyinə həsr olunmuş konfrans-konsert keçirilib.

Kulis.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan akademiyanın “Musiqi tarixi” kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mina Babayeva sənətkarın həyat və yaradıcılığından danışıb.

BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli görkəmli alimin musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açaraq onun musiqi elmi, musiqi tənqidi və publisistikası, habelə elmi-nəzəri fəaliyyəti ilə bağlı məlumat verib.

Bildirilib ki, Elmira Abbasova müxtəlif nəsillərdən olan görkəmli bəstəkarların və ifaçıların yaradıcılığını araşdırıb. Onun bu sahədə yazdığı "Cövdət Hacıyev", "Rəşid Behbudov", "Soltan Hacıbəyov", "Səid Rüstəmov", "Qurban Pirimov", "Bəhram Mansurov" və s. kitabçaları, elmi məqalələri Bakıda, Moskvada, keçmiş SSRİ respublikalarında işıq üzü görüb.

Sonra görkəmli musiqişünasın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə Elmira Abbasovanı Üzeyirşünas alim kimi təqdim edib, onunla bağlı xatirələrini bölüşüb, Elmira Abbasovanın 90-cı illərdə çətin və gərgin bir dövrdə təşkil etdiyi konsert və konfranslardan danışıb.

Əməkdar incəsənət xadimi, BMA-nın professoru İmruz Əfəndiyeva çıxış edərək Elmira Abbasova ilə birgə iş fəaliyyətlərindən, onun yetişdirdiyi çoxsaylı tələbələrindən bəhs edib.

Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ülviyyə İmanovanın geniş məruzəsi dinlənilib.

Sonra konsert proqramı təqdim edilib. Konsertdə görkəmli bəstəkarlarımızın əsərləri səsləndirilib.

# 2616 dəfə oxunub

Oxşar xəbərlər

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

16:40 7 may 2026
İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

16:35 7 may 2026
Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

16:20 7 may 2026
İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

15:10 7 may 2026
Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

14:00 7 may 2026
Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

13:40 7 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər