Əlibaba Məmmədovun xatirə gecəsi təşkil olunacaq

Əlibaba Məmmədov

Əlibaba Məmmədov

9 mart 2023
# 18:30

Martın 29-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, ustad xanəndə Əlibaba Məmmədova həsr olunmuş xatirə gecəsi təşkil olunacaq.

Kulis.az xəbər verir ki, konsert proqramı Əməkdar mədəniyyət işçisi Ilqar Fəhminin aparıcılığı və Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artist Səbuhi Ibayev, eləcə də digər xanəndələrin ifası ilə davam edəcək. Gecəni tarzən Rüstəm Müslümovun müşayiəti ilə ansambl idarə edəcək.

Bakının Maştağa kəndində anadan olan Əlibaba Məmmədov musiqi təhsilini 1953–1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb. 1945-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının və 1978–1988-ci illərdə "Azkonsert birliyi"nin solisti olub. 1968-ci ildə Filarmoniyanın nəzdində maestro Niyazinin təşəbbüsü ilə "Hümayun" xalq çalğı alətləri ansamblını yaratmış və ömrünün sonuna kimi həmin ansambla rəhbərlik edib.

Əlibaba Məmmədov Azərbaycanın görkəmli xanəndələrindən bəhrələnərək, muğam sənətində öz yolunu açan ustad xanəndə kimi tanınıb. Xanəndənin ifa etdiyi "Rast", "Bayatı-Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının səs yazıları AzTv-nin fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb və onlar bir çox xanəndələrin repertuarlarına daxil edilib.

M.Füzuli, Ə.Vahid, M.Müşviq, S.Rüstəm, B.Vahabzadə kimi Azərbaycan şairlərinin sözlərinə yazılmış "Yaşa məhəbbətim, yaşa ürəyim", "Gəl bizə, yar", "Bir dənəsən" və bir çox digər mahnılar AzTv-nin fondunda görkəmli xanəndələrin lent yazısında qorunub saxlanılır.

O, 1963-cü ildən Bakı Musiqi Kollecində, 1988-ci ildən isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində muğamdan dərs deyərək, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf etmişdir. Görkəmli xanəndə, Xalq artisti Əlibaba Məmmədov 2022-ci il fevralın 25-də 92 yaşında vəfat edib və birinci Fəxri xiyabanda dəfn olunub.

# 2096 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər