Elcan Rəsulov: "Bu yaşınadək müəllimin qulağına taxılan ilk qızıl sırğadır"

Elcan Rəsulov:  "Bu yaşınadək müəllimin qulağına taxılan ilk qızıl sırğadır"
13 iyun 2023
# 11:47

"Çox təəssüf edirəm, bəzən cəmiyyət bilib-bilmədən kimisə və ya nəyisə qınayır. Türklər demişkən: çox önyarqılı olmuşuq. O qulağına sırğa taxılan müəllimin videosunu gördüm. Bəlkə də bu yaşınadək müəllimin qulağına taxılan ilk qızıl sırğadır".

Kulis.az xəbər verir ki, bu sözləri aktyor Elcan Rəsulov özünün instaqram hesabında yazıb. O, bir neçə gündür gündəmdən düşməyən valideynlərin qızıl hədiyyə etdiyi Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevadan bəhs edib və sözügedən müəllimin ssenarist Faiq Ağamalıyevin anası olduğunu vurğulayıb:

"Bu qənaətə haradan gəlirəm deyəcəm sizə. Əslində mən belə sirri açmağı sevmirəm, bəlkə də bu yazını görəndən sonra o özü də pis olacaq, deyəcək, kaş ki, Elcan bunu yazmazdın. Amma gəlin deyim sizə. Bayaq dostların söhbətində qulaq şahidi oldum ki, həmin müəllimə incəsənət sferasına yaxından tanış olan Faiq Ağamalıyevin anasıdır. Yaxın dostluq münasibətim olmasa da, Faiqi 20 ilə yaxındır tanıyıram. Qış aylarında, yəni serial mövsümündə seriallarda senarist işləyir, yay gələn kimi başını götürüb gedir bölgələrdəki istirahət mərkəzlərində animator işləyib ailəsini dolandırmağa çalışır.

O qədər abırlı və tərbiyəli uşaqdır ki, "ailə tərbiyəsinin ən bariz nümunələrini özündə cəmləşdirib" desəm az olar. Bəlkə də o evdə heç vaxt "rüşvət" sözünü eşitməyib. Bir də abırlı adam baxan kimi bilinir axı. Rüşvət girən ev də, o evdən çıxan uşaq da uzaqdan bilinir, belə şeyləri gizlətmək olmaz. Ən azından övladının altına rüşvət pulu ilə sınıq-salxaq bir maşın alıb qoyardı anası. Xırdalana gedən bütün avtobuslar Faiqi yaxşı tanıyır. Həqiqətən çox pis oldum. Kaş ki, mən bu söhbətə qulaq şahidi olmazdım. Bu balaca sirləri də burada açmazdım. Bir anlıq da təsəvvür elədim, o cür abır, həya sahiblərinin belə şərə düşməsini. İnsanın ürəyi dayanar, hamıdan xəbərsiz. Bilmədən günahkar olarıq. Bir də ki, müəllim mənim övladıma yaxşı təhsil versin, mən elə hədiyyənin ən yaxşısını ona alaram".

Qeyd edək ki, sosial şəbəkələrdə 1 saylı Xırdalan tam orta məktəbin 4-cü sinif müəllimi Yaqut Ağamalıyevanın valideynlərə özünə qızıl aldırması ilə bağlı iddialar yayılıb.

# 9640 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər