Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə

Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16 yanvar 2024
# 11:34

Böyük ingilis yazıçı Con Faulzun dünyaca məşhur “Fransız leytenantın məşuqəsi” romanı Azərbaycan dilində ilk dəfə çap olunub.

Kulis.az xəbər verir ki, Romanın tərcüməçisi Vaqif Rəsulov, redaktoru Şərif Ağayardır.

Romanın iki gəncin sevgisi fonunda çox maraqlı hadisələrdən bəhs edir. Sara kiçik Laym qəsəbəsinin sakinidir. O, sonradan bu qəsəbəyə gələn fransız leytenantla eşq yaşayır. Leytenant Fransaya dönəndən sonra qız cəmiyyətdəki nüfuzunu itirir. O bütün günü sahildə dayanıb dənizə baxır.

Bir gün Çarlz və Ernestina adlı nişanlı cütlük gəzməyə çıxanda Saraya rast gəlir. Ernestina qızın başına gələnləri nişanlısına danışır. Sara Çarlzın böyük marağına səbəb olur. Bu maraq sonradan güclü sevgiyə çevrilir. Çarlz qohumlarından da, nişanlısından da ayrılmalı olur. Romanın sonuna doğru isə hər şeyin göründüyü kimi olmadığına şahidlik edirik.

Az qala, hər səhifədə yeni bir sürprizlə qarşılaşırıq.

Roman süjet xətti ilə yanaşı üslub və strukturuna gorə də orijinaldır. Yazıçı ona postmodern mətnlərə xas bir neçə sonluq təklif edir. Beləliklə, oxucu hadisələri zövqlə izləməklə yanaşı, həm də qəribə bir əyləncənin içərisinə daxil olur.

20-ci əsrin ən unikal yazıçılarından olan Con Faulzun bu məşhur romanı onun ən yaxşı əsərlərindəndir.

# 1976 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər