Dövlət Mahnı Teatrında musiqili-poeziya xeyriyyə konserti keçirildi

Dövlət Mahnı Teatrında  musiqili-poeziya xeyriyyə konserti keçirildi
20 oktyabr 2025
# 18:48

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Respublikasının Müstəqilliyin Bərpası Gününə həsr olunmuş musiqili-poeziya xeyriyyə konserti keçirilib.

Kulis.az xəbər verir ki, tədbir Azərbaycan Uşaq Fondu tərəfindən “Modern Poems” ədəbi layihəsi və “Gənc şairlər” uşaq ədəbi layihəsi ilə birgə təşkil olunub.

Konsertin əsas məqsədi Azərbaycanın mənəvi-milli dəyərlərinin və mədəni irsinin təbliği, eləcə də xeyriyyə təşəbbüsü çərçivəsində uşaqların dəstəklənməsi olub.

Tədbirdə ədəbi layihələrin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Lalə Həsənova və Azərbaycan Uşaq Fondunun sədri Zəhra Bədəlbəyli çıxış ediblər.

Tədbirin proqramına şair və tərcüməçi Zaur Cəfərovun sevimli anasının xatirəsinə həsr etdiyi Azərbaycanın rayon və şəhərləri haqqında şeirlər daxil edilib. Ümumilikdə 65 şeir oxunub.

Səhnədə “Gənc Şairlər” uşaq ədəbi layihəsinin iştirakçıları və “Modern Poems” layihəsinin müəllifləri çıxış ediblər. Konsert musiqi və rəqs nömrələri ilə müşayiət olunub.

Tamaşaçılara Bakı Musiqi Akademiyasının məzunu Ləman Qulamova, Azərbaycan Milli Konservatoriyasının tələbəsi Ləman Cəfərova, musiqiçi və bəstəkar Murad Muradovun çıxışları, həmçinin Diana Tsurkan və akademiyanın rəhbəri İrina Tsurkanın rəhbərliyi altında “SanSara” Beynəlxalq Gimnastika, Akrobatika və Rəqs Akademiyasının kollektivinin xoreoqrafik quruluşları təqdim olunub.

İkinci Qarabağ müharibəsi veteranı Elmar Lətifov və Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyovanın çıxışları tamaşaçılarda xüsusi təəssürat yaradıb.

Sonda filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin professoru, Azərbaycanın Əməkdar jurnalisti Flora Naci, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bard Ələddin Yaqubov, Azərbaycan Respublikası Vətənpərvərlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Səyavuş Aslanov dəstək sözləri ifadə edib və xoş arzularını çatdırıblar. Şair Zaur Cəfərov göstərdiyi dəstək və köməyə görə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Bəbirovaya minnətdarlığını bildirib.

Qeyd edək ki, tədbirdə, həmçinin Azərbaycanın Xalq yazıçısı Natiq Rəsulzadə, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü və Dünya Yazıçılar Təşkilatının Koordinasiya Şurasının sədri Eldar Əhədov, Abdulla Şaiqin ev-muzeyinin direktoru Ülkər Talıbzadə, “Ədəbiyyat aləmi” qəzetinin baş redaktoru Elmar Şeyxzadə, Yasamal Rayon Mərkəzi Kitabxana sisteminin direktoru Lətifə Məmmədova və digər qonaqlar iştirak ediblər.

Bilet satışından əldə olunan bütün vəsait Azərbaycan Uşaq Fonduna yönəldilib.

# 1178 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər