Dövlət Kukla Teatrı və “Oyuq” Müstəqil Teatrı Füzuli şəhərində çıxış ediblər

Dövlət Kukla Teatrı və “Oyuq” Müstəqil Teatrı Füzuli şəhərində çıxış ediblər
30 may 2024
# 18:00

Azərbaycan Dövlət Kukla Teatrı və “Oyuq” Müstəqil Teatrının Füzuli şəhərindəki çıxışı yaddaqalan olub.

Kulis.az xəbər verir ki, yaradıcı kollektivlər Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbinin səhnəsində tamaşa və konsert proqramı ilə çıxış ediblər. 28 May – Respublika Günü münasibətilə təşkil olunan səfər əsl bayram ovqatı yarada bilib.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, eləcə də Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin dəstəyi ilə baş tutan səfər balacalara unudulmaz anlar bəxş edib.

Kuklaçılar Füzuli sakinləri qarşısında “Məlikməmməd” tamaşası, “Oyuq” Müstəqil Teatrı yetirmələri isə “Can Qarabağ” adlı rəngarəng konsert proqramı ilə çıxış ediblər.

Tamaşaçılar əvvəlcə Azərbaycan xalq nağılı əsasında yeni səhnələşdirmədə ərsəyə gələn “Məlikməmməd” tamaşasını izləyiblər. Birhissəli uşaq tamaşasının quruluşçu rejissoru teatrın baş rejissoru Anar Məmmədov, quruluşçu rəssamı isə teatrın baş rəssamı İqbal Əliyevdir. Rejissor bu klassik nümunəni İkinci Qarabağ müharibəsi, tarixi Zəfərimizlə əlaqələndirib və ona əlavələr edərək, fərqli prizmadan baxmağa çalışıb.

Səhnə əsərinin əsas məqsədi uşaq və yeniyetmələrə cəsarət, dürüstlük və mübarizlik aşılamaqdır. Nağılda padşahın üç oğlundan biri olan Məlikməmməd divlər ilə mübarizədə igidlik göstərərək həm onların əsir götürdükləri insanları, həm də bu məmləkətini xilas edir. O, cəsur, qəhrəman, xeyirxah bir obrazdır. Qardaşlarının xəyanəti nəticəsində zülmət dünyasına düşən qəhrəman Simurq quşunun köməyi ilə işıqlı dünyaya çıxır və tamaşa müsbət sonluqla bitir.

Anşlaqla keçən nümayişin ardınca “Oyuq”çuların ifalarında hərbi-vətənpərvərlik, eləcə də Qarabağ, zəfər mövzularında klassik və yeni mahnılar səslənib.

# 1983 dəfə oxunub

Oxşar xəbərlər

Sərdar Ortac  xəstəxanaya yerləşdirildi? - İddia

Sərdar Ortac xəstəxanaya yerləşdirildi? - İddia

13:50 7 avqust 2026
Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

12:49 7 avqust 2026
Damla-damla yoxa çıxan zövqümüz...  — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

Damla-damla yoxa çıxan zövqümüz... — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

12:30 7 avqust 2026
Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər