Diddinin həbsxana kamerasına basqın edildi, axtarış aparıldı

Diddinin həbsxana kamerasına basqın edildi, axtarış aparıldı
19 noyabr 2024
# 16:17

Cinsi təcavüz və insan alverində ittiham olunduğu üçün həbs edilən "Pi Diddi" ləqəbi ilə tanınan məşhur reper Şon Con Kombsun həbsxana kamerasına basqın edilib.

Kulis.az xəbər verir ki, FTB (Federal Təhqiqat Bürosu) orada axtarış aparıb.

İfaçının vəkili Mark Aqnifilonun sözlərinə görə, basqın nəticəsində FTB Diddidən məxfi materiallar, o cümlədən repçinin vəkillərə qarşıdakı məhkəmə prosesi üçün müdafiə strategiyasını əks etdirən qeydlərini ələ keçirib. FTB ələ keçirilən materialları məhkəmədə istifadə edə bilsinlər deyə prokurorlara təhvil verib.

Vəkil büronu ABŞ Konstitusiyası əsasında Diddinin hüquqlarını pozmaqda ittiham edib. Vəkil federal xidmətin axtarışın səbəbininin izahını və hansı materialların prokurorluğa təhvil verildiyini açıqlamasını istəyib.

Xatırladaq ki, 2023-cü ilin noyabrında reperin keçmiş sevgilisi Kessi P.Didi illərlə cinsi və fiziki zorakılıqda ittiham etsə də, 24 saatdan sonra o, iddiasını geri götürmüşdü. Daha sonra internetdə onun döyülməsinin amansız görüntüləri yayılıb. Martın sonunda sənətçinin evində genişmiqyaslı axtarışlar aparılıb, nəticədə qadağan olunmuş maddələr, silahlar və mindən çox butulka sürtkü materialı aşkar edilib. İddialara görə, prodüser onlardan başqa şeylərlə yanaşı, seks məclislərində də istifadə edib. İndi o, Nyu-Yorkun ən pis həbsxanalarından birində saxlanılır.

Son illərin ən səs-küylü işlərindən biri üzrə məhkəmə prosesi 2025-ci il mayın 5-nə təyin edilib.

# 1694 dəfə oxunub

Oxşar xəbərlər

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər