Kitab sərgisi

Ədəbi suprematizm:  Bir həyat tarixçəsinə düzəliş cəhdi

Ədəbi suprematizm:  Bir həyat tarixçəsinə düzəliş cəhdi
28 fevral 2020
# 16:45

Kulis.az Əli Şirin Şükürlünün "Ədəbi suprematizm: Bir həyat tarixçəsinə düzəliş cəhdi" şeirini təqdim edir.

Fərz edək adam
zaman boyu qayıdıb geri
düzəliş eləyə bilir hadisələrə -
nə baş verər, görəsən?

Cavab üçün gərək
sadə bir əhvalat seçək əvvəlcə,
təxminən bitmiş bir həyat tarixçəsi,
dəyişək yaxud silək
hansısa hadisəni və ya hadisələri
bu həyat tarixçəsində.

Bir həyat tarixçəsi:
İki nəfər. Kişi və Qadın –
belə baxanda, həyat var a həyat
bu ikilik üzərində qurular əslində.

Beləliklə, iki nəfər.
Hadisələr ardıcıllığını keçirək nəzərdən –
nə bilmək olar, əsl gerçəklər
ədədlər arxasında gizlənib bəlkə də:
1 - Təsadüfən rastlaşdılar.
2 - Tanış oldular.
3 - Sevdilər bir-birini.
4 - Ömürlük bir yerdə olacaqlarına söz verdilər.
5 - Övladları oldu. Olmaya da bilər, fərqi yox.
6 - Onları, yəni övladları, varsa əgər, sevdilər özlərindən çox,
yoxdusa, başqa bir şey, bəlkə də heç nə doldurar o boşluğu.
7 - Anladılar ki, sevgi bir o qədər vacib deyil,
əsas səmimiyyət, bir-birinə dərin hörmət və ehtiramdı
8 - Arabir darıxmağa başladılar bir yerdə ...
9 - Bir yerdə qocaldılar. Məntiq naminə
bu hadisəyə bir fraza da əlavə olunmalıdı:
və ya yolları ayrıldı hardasa
10 - Və öldülər nəhayət;
bəyənilməsə də, yəqin və yeganə gerçək hadisədi ölüm
və bu hadisədə heç bir ehtimal işə yaramaz, bunu hamı bilir.
Hamı bunu da bilir ki, “hər nəfəsalma addım səsləridi ölümün”.

Beləcə, iki nəfər ...
və bitdi bir həyat tarixçəsi.
Bütün hadisələr
ikiölçülü müstəviyə köçürsək
iki adamın – Kişi və Qadının
iştirakından ibarət
bir əhvalata çevrilər hardasa.

İndi qayıdıb geri,
diqqətlə və ardıcıl keçirib nəzərdən
1-dən 10-dək bütün hadisələri
bu sadə hekayədə, sonra deyin:
Hansı və ya neçənci hadisəni
və ya hadisələri dəyişmək olar
bu (və ya hər hansı başqa bir) həyat tarixçəsində?

... - 02.02.2020

# 3280 dəfə oxunub

Oxşar xəbərlər

"Hər həftə iki erməni tutub gətirirdi" - Kəşfiyyatçı Xanı kimdir?

"Hər həftə iki erməni tutub gətirirdi" - Kəşfiyyatçı Xanı kimdir?

18:30 24 sentyabr 2025
Pamela Lovun yeni kitabı təqdim edildi

Pamela Lovun yeni kitabı təqdim edildi

17:25 24 sentyabr 2025
Azərbaycanlı rəssamın əsəri İtaliyanın nüfuzlu jurnalında

Azərbaycanlı rəssamın əsəri İtaliyanın nüfuzlu jurnalında

17:20 24 sentyabr 2025
Misirdə antik dövrə aid xristian kilsəsi tapıldı

Misirdə antik dövrə aid xristian kilsəsi tapıldı

17:05 24 sentyabr 2025
Balerina,  aikidoçu, Pamukun sevgilisi... – tənqidçilər “Buker”in qısa siyahısı barədə nə deyirlər?

Balerina, aikidoçu, Pamukun sevgilisi... – tənqidçilər “Buker”in qısa siyahısı barədə nə deyirlər?

17:00 24 sentyabr 2025
Azərbaycanla Macarıstan mədəni əməkdaşlıq  edəcək

Azərbaycanla Macarıstan mədəni əməkdaşlıq edəcək

16:48 24 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər