COP-29 günlərində Musiqili Teatrda "Adəm" olacaq

COP-29 günlərində Musiqili Teatrda "Adəm"  olacaq
11 noyabr 2024
# 10:16

Noyabrın 13-14-də qırğız mədəniyyət və incəsənət ustaları Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsinin qonaqları olacaq.

Kulis.az xəbər verir ki, onlar Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) keçirildiyi günlərdə "Adəm" adlı balet-tamaşası ilə çıxış edəcəklər.

Qırğızıstanın "Artist" teatr truppasının nümayəndələrindən ibarət təşəbbüs qrupu ilə Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının birgə layihəsi olan bu tamaşa iki il öncə "Qırğızıstan Tələbələri Yaşıl İqtisadiyyat Naminə” İctimai Birliyi və ATƏT-in Bişkekdəki Proqram Ofisinin dəstəyi ilə ərsəyə gəlib.

"Adəm"də dünyanın ekoloji tarazlığının bərpası naminə insanların həmrəy olmasının vacibliyi vurğulanır.

"Hər şeyə rəğmən, bəşər övladının əsas amalı yaşıl planetin xilası və yenidən bərpası olmalıdır!" - bu, səhnə əsərinin əsas şüarlarından biridir.

Qeyd edək ki, tamaşaya giriş sərbəstdir.

# 1916 dəfə oxunub

Oxşar xəbərlər

Süni intellekt aktrisası "nasazladı"

Süni intellekt aktrisası "nasazladı"

16:00 21 sentyabr 2026
Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

15:30 21 sentyabr 2026
"Arxasıyca gedirəm, tale hara aparsa..." - Park Yaradıcılıq Akademiyasının ilk müdavimlərindən mətnlər

"Arxasıyca gedirəm, tale hara aparsa..." - Park Yaradıcılıq Akademiyasının ilk müdavimlərindən mətnlər

15:00 21 sentyabr 2026
Tanınmış aktrisanın oğlu vəfat etdi

Tanınmış aktrisanın oğlu vəfat etdi

14:30 21 sentyabr 2026
Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

14:17 21 sentyabr 2026
Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunan kitab sərgisi açıldı

Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunan kitab sərgisi açıldı

14:15 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər