Orxan Fikrətoğlu: “Əsgərimiz yeni Azərbaycan coğrafiyasını yaradır”

Orxan Fikrətoğlu: “Əsgərimiz yeni Azərbaycan coğrafiyasını yaradır”
5 noyabr 2020
# 10:09

“Bu gün Azərbaycan əsgəri qarış-qarış torpağı almaqla yeni Azərbaycan coğrafiyasını yaradır”.

Bu sözləri Kulis.az-a tanınmış yazıçı Orxan Fikrətoğlu son vaxtlar cəbhədə gedən döyüşlərdən danışarkən bildirib.

“Uzun illər Azərbaycan jurnalistikasında bu və ya digər halda xüsusi elektron mediasında layihələr həyata keçirmiş insan kimi həmişə müharibə tərəfdarı olan bəlkə də yeganə jurnalistlərdən biriyəm. Bu gün mənim arzularım gerçəkləşir. Azərbaycan əsgəri əlində silah, illərdir boşboğazcasına danışan bəzi üzdən iraq ziyalıların, tarixçilərin, yalançı vətənpərvərlərin, əslində müəyyən ölkələrin, qüvvələrin təsiri altında bəhs etdiyim dırnaq arası ziyalıların əksinə olaraq əlində silah Qarabağı qarış-qarış azad eləyir. Azərbaycan tarixini ilk dəfədir, mənim gördüyüm paradiqmadan baxanda əsgər yazır. Bizim torpaqları bölmürlər, Gülüstandan bu yana. Bu gün Azərbaycan əsgəri qarış-qarış torpağı almaqla yeni Azərbaycan coğrafiyasını yaradır. Yeni Azərbaycan mənəviyyatını yaradır.

Orxan Fikrətoğlu daha sonra bunları əlavə edib:

“Yeni azərbaycanlı qalib azərbaycanlıdır. Vətənini sevən azərbaycanlıdır, qorxaq deyil, mərddir, məğrurdur, sona qədər savaşmağa qadirdir.

Biz Osmanlı türkcəsinə yaxınlaşırıq. Biz qalib əsgər mifini cəmiyyətə oturdacağıq. Çünki, qalib əsgər mifini ədəbiyyata da, kinoya da oturdacaq bir ərəfədəyik. Bu isə tamamilə realist yanaşmadır. Qaçaq Nəbi, Koroğlu idi qəhrəmanlarımız. Olar, hansı kəndi azad ediblər? Hansı coğrafi ərazidə vuruşublar? Amma bu gün bizim konkret qəhrəmanımız Azərbaycan əsgəridir. Ərazisini düşməndən, terrordan, beynəlxalq terrordan, təhdidlərdən qoruyan mərd Azərbaycan əsgərləridir. Bu gün əsgər tarix yazır!”

# 4349 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər