Maestro Ceyhun: “Köçüb Qubadlıda yaşayacam”

Maestro Ceyhun: “Köçüb Qubadlıda yaşayacam”
26 oktyabr 2020
# 14:37

“Əgər salamat qalıbsa ilk gedəcəyim yer babamın, nənəmin məzarı olacaq”.

Bu sözləri Kulis.az-a açıqlamasında əslən Qubadlı rayonundan olan tanınmış skripka ifaçısı Maestro Ceyhun deyib. O, 27 il bundan əvvəl işğal olunan ata-baba yurdu Qubadlının işğaldan azad olunması xəbərini böyük bir coşqu ilə qarşıladığını bildirib:

“Bizim Qubadlı rayonunun mərkəzində evimiz var idi. Amma yay tətilimi ən çox Azərbaycanın məşhur istirahət mərkəzlərindən biri sayılan dağın başında yerləşən, görkəmli yazıçımız Süleyman Rəhimovun kəndi Əyin kəndində keçirirdim. Bu arada qeyd edim ki, Süleyman Rəhimovla babam bacanaq olublar. Mən onu tez-tez öz evimizdə görürdüm. Əyin kəndi cəmi 30 evdən ibarət, çox gözəl mənzərəsi olan füsunkar bir kənd idi. Həmin kənddə Səngər dağı var, o dağın üstündən baxanda Qarabağın bütün rayonları, kəndləri ovucun içi kimi görünür. Mənim uşaqlığım o dağın başında keçib.

Hər il iyul ayında gedib, avqustun sonu Bakıya qayıdırdıq. Mən xatırlayıram avqustun artıq ortalarından Qubadlıya o qədər yağıntı düşürdü ki, heç bir maşın o yolları keçə bilmirdi. Ya traktorla, ya da atla gedib-gəlmək mümkün olurdu.

Bilirsiniz, Qubadlı yeganə rayondur ki, ərazisindən iki çay axır. Həkəri və Bərgüşad çayı. Meşələri doğramayıblarsa o meşələrin əvəzi yoxdur. Hər şey gözümün önündədir, bu gün də getsəm oranı hər dağından, daşından tanıyaram”.

Maestro Ceyhun qeyd edib ki, Qubadlının işğaldan azad olunması xəbərini kövrək hislərlə qarşılayıb:

“Qubadlı işğal olunanda mənim 18 yaşım var idi. Az müddət deyil. 27 il biz o torpaqlara getməyin xəyalı, ümidi ilə yaşamışıq. Qubadlı ilə bağlı xatirələrim həddindən artıq çoxdur. Qubadlıya gedəndə, əgər salamat qalıbsa ilk gedəcəyim yer babamın, nənəmin məzarları olacaq. Dağıtmayıblarsa evimizə getmək istəyirəm. Mən hər il ad günümdə evimizin divarlarına, həyətimizdəki tikililərin üstünə işarələr qoyurdum. C. 13, C. 14... Hər yerdə o işarələr var. İnşallah Qubadlının infrastrukturu yenidən qurulanda böyük məmnuniyyətlə gedəcəm, hətta köçüb orda yaşayacam. O torpaqlarda yaşamaq sağlamlıqdır, uzunömürlülükdür.

Bu gün qələbə xəbəri məni həm kövrəltdi, həm qürurlandırdı. Ali Baş Komandana, Milli ordumuza təşəkkür edirəm bu günləri bizə yaşatdığı üçün. O torpaqların azadlığı uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirəm.”

# 6851 dəfə oxunub

Oxşar xəbərlər

“Ağdam tarixinin aynası”  kitabı çapdan çıxdı

“Ağdam tarixinin aynası” kitabı çapdan çıxdı

11:11 22 dekabr 2025
Tələbəsi ilə ailə quran, iki ayağı kəsilən Muxtar Maniyev kimdir?

Tələbəsi ilə ailə quran, iki ayağı kəsilən Muxtar Maniyev kimdir?

10:35 22 dekabr 2025
Qəlb ağıldan üstündür... - Günün mahnısı

Qəlb ağıldan üstündür... - Günün mahnısı

10:15 22 dekabr 2025
Filmi əlindən alındığı üçün yatağa düşən, qışqıraraq can verən Xalq artisti

Filmi əlindən alındığı üçün yatağa düşən, qışqıraraq can verən Xalq artisti

10:10 22 dekabr 2025
Nadir Yalçının “Lal ev”  hekayələr kitabının təqdimatı oldu

Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı oldu

19:35 20 dekabr 2025
Qardaşının ölümünü gizlədilər, həkimlər ona övlad qadağası qoydu - Anarın həyatdakı "Təhminə"si

Qardaşının ölümünü gizlədilər, həkimlər ona övlad qadağası qoydu - Anarın həyatdakı "Təhminə"si

14:14 20 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər