Bircə: “Ad günümdə mənim üçün qızıl oğurlamışdılar” – Söhbət

Bircə: “Ad günümdə mənim üçün qızıl oğurlamışdılar” – Söhbət
1 fevral 2021
# 14:07

Kulis.az bu gün ad gününü qeyd edən yazıçı Bircə ilə söhbəti təqdim edir.

- Bircə xanım, ən yaddaqalana ad gününüz nə zaman olub?

- Ən yaddaqalan ad günüm 25 yaşım olub. Oğlum vardı, həyat gözümdə başqa rəngdəydi. Qayınatam gözəl bir süfrə açdırmışdı evimizdə. Atam, qardaşlarım də gəlmişdilər. Kənddə bir qaçqın saz aşığı vardı. Onu da dəvət eləmişdi. Qaynanam tərəfə baxa bilmirdim. Dodağının altında gileylənirdi. “Belə ata olar? Gözünün ağı-qarası bir qızına belə bir məclis qurmadı heç vaxt. Elin qızına, yadın doğduğuna saz çaldırır” - deyib burnumdan gətirirdi.

Məclisin şirin yerində qaynımın balaları, eltim Maralın bir tay coraba yığdığı qızıllarını oğurlayıb mənə hədiyyə gətirmişdilər. Mən bəxşiş götürmədikcə körpələr mələşirdi. Qaynatam onda bax bu saatı qoluma asdı, eltimin qızıllarını özünə qaytardı, körpələri kiritdi.

No description available.

Sonralar oğlum da mənə sürpriz ad günləri elədi. Amma o ad gününün dadı hələ də damağımdadır.

- Yaş kompleksinin yoxdur ki?

- Qətiyyən. Mən gəncliyimdə elə də gözəl xanım olmamışam. Bu kosmetik "müharibələr" başlayanda mən də qardaşlarıma and içirdim ki, yaşım qırxı keçən kimi sifətimi əməliyyat etdirəcəm, qaşlarımı rənglədib alnıma doğru dartdıracam. Eləyib peşman olanları görəndən sonra bu arzumdan imtina etdim. Yaşımdan, görkəmimdən çox məmnunam.

- Amma biz görməmişik ki sizi. Fotonuzun yayılmasını niyə istəmirsiniz?

- Bu barədə gərək geniş bir yazı yazam.

- Bu ad gününüzü necə qeyd edirsiniz?

- Evimdəyəm, təbrik eləməsinlər deyə, işə də getmədim. Ağır müharibədən çıxmışıq. Toyu tutulub, çiyni gərdək, əli xına görməyən, bəy saçı vurulmayan igidlərimin qanı daşlara dağıldı. Cavan gəlinlər dul, yazıq balalar yetim, analar ağlar qaldı. Tək çıraqlar söndü. Mən də o analar, o gəlinlər kimi yasdayam, qara dondayam.

- Ad günü arzularınız...

- Sizin vasitənizlə bu gün məni unutmayan bütün dostlarıma, Fb evimizin bütün sakinlərinə çox sağ olun deyirəm. Allah bu qara buludu - erməni və pandemiyanı tezliklə üstümüzdən ayazıtsın.

Hamınız var olun. Dədə evim – Kulis.az həmişəyaşar olsun.

P.S. Bircə xanımla geniş müsahibəni cümə günü oxuya bilərsiniz

# 3704 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər