Çingiz Abdullayev: “Məndən üzr istədilər”

Çingiz Abdullayev, Xalq yazıçısı

Çingiz Abdullayev, Xalq yazıçısı

29 oktyabr 2021
# 17:06

Bu günlərdə sosial şəbəkələrdə aeroportda su istəyən uşağa kömək etməsi ilə bağlı yazdığı statusla kütləvi şəkildə tənqid olunan Xalq yazıçısı Çingiz Abdullayev yenidən bu mövzu üzərinə qayıdıb və öz profilində belə bir status yazıb:

“Dünən inanılmaz hadisə baş verdi. "Port Baku"-da yerləşən qarajda bir gənclə rastlaşdım. Cavan oğlan mənə yaxınlaşaraq bu sözləri dedi: "Son vaxtlar Sizə qarşı sosial şəbəkələrdə qıcıqlandırıcı rəy bildirən insanların adından Sizdən üzr istəyirəm". Həmin vətəndaşın adını soruşmağa belə vaxtım olmadı. Daha sonra "Paşa Bank"- ın yaxınlığında rastıma təxminən qırx yaşlı bir xanım çıxdı. Həmin xanım mənə bu fikirləri bildirdi - "Bu insanlarla tolerantlıq etdiyimiz üçün hamımızı bağışlayın". İnsanların mənə olan münasibətini bu iki nəfərin timsalında anladım. Mən fəxr edirəm ki, Xalq yazıçısıyam. Qeyd edim ki, SSRİ ədəbiyyatı tarixində və müasir Azərbaycanın ədəbiyyatı tarixində bu fəxri ada layiq görülmüş ən gənc yazıçıyam. Çirkin qəlbli insanlar mənə istədikləri qədər təhqiredici rəylər yaza bilərlər. Artıq fikir verməməyə çalışacam. MƏN ÇİNGİZ ABDULLAYEVƏM”.

# 2890 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər